«Qəbələ» Hollandiya klubu ilə qarşılaşacaq
Xəbərlər / 7 İyul 2017 | 21:29264
«Qəbələ» Hollandiya klubu ilə qarşılaşacaq

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” gündə iki dəfə məşq keçir. Komandamızın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıb. Ruslan Qurbanovla Dion Malone isə fərqi məşqlə kifayətlənib.

“Qəbələ” sabah təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.