«Qəbələ» IBERCUP-a qələbə ilə start verdi
Xəbərlər / 25 İyun 2012 | 12:07317
«Qəbələ» IBERCUP-a qələbə ilə start verdi

“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandasının Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq IBERCUP-2012 turnirində çıxış edəcəyi barədə xəbər vermişdik. Dünən səhər saatlarında Portuqaliyaya yollanan komandamız bu gün qrup mərhələsində ilk oyununu keçirib. Yerli CIF klubu ilə qarşılaşan təmsilçimiz rəqibini 3:2 hesabilə məğlub edib. Portuqaliyalıların qapısından qolları Təbriz İsazadə (2) və Orxan Abdullayev keçiriblər. 

“Qəbələ” qrupun ikinci matçında sabah Fransanın “Lorien” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Üçüncü mərhələdə isə komandamız iyunun 27-i UC Venesuela ilə üz-üzə gələcək.