«Qəbələ» II təsnifat mərhələsi üçün sifariş vərəqini UEFA-ya təqdim etdi
Xəbərlər / 8 İyul 2017 | 15:16678
«Qəbələ» II təsnifat mərhələsi üçün sifariş vərəqini UEFA-ya təqdim etdi

«Qəbələ»nin UEFA Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. “Qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 22 futbolçunun adı yer alıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Yagelloniya” arasında ilk oyun iyulun 13-də, cavab matçı 20-də baş tutacaq. “Qırmızı-qaralar” ilk görüşü evdə keçirəcək.

 

 

Qapıçılar

22. Dmitri Bezotosnı

23. Aqil Məmmədov

Müdafiəçilər

3. Vojislav Stankoviç

5. Rasim Ramaldanov

15. Vitali Vernidub

18. İlqar Qurbanov

21. Deyv Bultuis

34. Ürfan Abbasov

Yarımmüdafiəçilər

4. Elvin Camalov

6. Elvin Məmmədov

7. Araz Abdullayev

11. Asif Məmmədov

12. Endi Hallidey

14. Cavid Hüseynov

16. Dion Malone

19. Filip Ozobiç

20. Xavi Ernandes Qonzales

88. Tellur Mütəllimov

Hücumçular

9. Baqali Dabo

10. Ruslan Qurbanov

28. Stiven Jozef-Monroz

45. Famoussa Kone