«Qəbələ» ilk oyunda qalib gəldi - Video
Xəbərlər / 11 Dekabr 2017 | 18:47144
«Qəbələ» ilk oyunda qalib gəldi - Video

“Qəbələ” – “Səbail” – 1:0

Azərbaycan Kuboku, ¼ final mərhələsi, ilk oyun

11 dekabr 2017. Saat 16:00. Qəbələ şəhər stadionu, 400 tamaşaçı  

Baş hakim: Rəvan Həmzəzadə 

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Vüsal Qənbərov         

Dördüncü hakim: Elvin Əsgərov   

AFFA nümayəndəsi: Eldar Qasımov    

Hakim-inspektor: Rövşən Əhmədov    

Sarı vərəqə: Voislav Stankoviç, 90+3 (qeyri-idman hərəkəti)

Qol: Stiven Monroz, 59

Qolla nəticələnməyən penalti: Cavid Hüseynov, 76

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Ötən mövsümün finalçısı “Qəbələ” öz meydanında “Səbail”lə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk Topaz Premyer Liqasında ilin son oyunu ilə müqayisədə start heyətində yalnız bir dəyişiklik edib. Filip Ozobiç ilk dəqiqələrdən meydana çıxıb. “Keşlə” ilə görüşdə şans qazanan Elvin Camalov bu dəfə “11-lik”dən kənarda qalıb.

Qarşılaşma “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Topa daha çox nəzarət edən “Qəbələ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Paytaxt təmsilçisi sürətli əks-hücumlarla fərqlənməyə çalışıb. Baqali Dabo, Filip Ozobiç və Cavid Hüseynov bir neçə dəfə rəqibin arxa xəttinə gərginlik yaşatsa da, hesab yalnız 59-cu dəqiqədə açılıb. Famussa Konenin cərimə meydanına göndərdiyi topu müdafiəçilər uzaqlaşdırmağa çalışsa da, top Stiven Monroza düşüb. Yarımmüdafiəçi yaxın məsafədən qarşısıalınmaz zərbə ilə hesabı açıb. Buraxılan qoldan sonra paytaxt təmsilçisi də fəallığı xeyli artırıb. Azarkeşlər qarşılıqlı hücumlar izləsə də, qol sevinci yaşamağa “Qəbələ” yaxın olub. 76-cı dəqiqədə Cavid Hüseynov penaltidən fərqlənmək imkanı qazanıb. Lakin kapitanın zərbəsini rəqib qolkiper dəf edib. Bundan sonra hər iki komanda rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratsa da, hesab dəyişməyib.

Beləliklə, “Qəbələ” “Səbail”lə evdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu dekabrın 15-də Bakıda baş tutacaq.

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

11. Asif Məmmədov

14. Cavid Hüseynov (k)

19. Filip Ozobiç

28. Stiven Monroz

34. Urfan Abbasov 

45. Famussa Kone

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

12. Endi Hallidey

15. Vitali Vernidub

17. Roman Hüseynov

18. İlqar Qurbanov

21. Deyv Bultuis

29. Hacıağa Hacıyev

88. Tellur Mütəllimov

90. Ekiqo Ehiosun

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Səbail”

1. Emil Balayev

3. Tamazi Tsetsxladze

6. Murad Ağayev

13. Murad Musayev

14. Yamin Ağakərimzadə

(5. Seymur Əsədov, 78)

17. Vüqar Nadirov

(10. Nurlan Novruzov, 65)

18. Adrian Popoviçi

20. Eltun Yaqublu (k)

(26. Kamal Qurbanov, 70)

23. Ayron Stati

66. Pərviz Qaraxanov

99. Maudo Jarjue

 

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

9. Raul Yaqubzadə

11. Elman Taqayev

77. Təyyar Məmmədov

88. Orxan Qurbanlı

98. Kamran Əliyev 

 

Baş məşqçi: Samir Əliyev