«Qəbələ» ilk yoxlama oyununu keçirdi
Xəbərlər / 16 İyul 2021 | 22:15261
«Qəbələ» ilk yoxlama oyununu keçirdi

“Zirə” – “Qəbələ” – 3:0

(Qismət Alıyev, Ağabala Ramazanov, Velvis Santos)

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” yay fasiləsində ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” “Zirə” ilə qarşılaşıb. Görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub. Baş məşqçi Elmar Baxşıyev bu maçda aşağıdakı start “11-liy”inə şans verib: Nicat Mehbalıyev, Urfan Abbasov, Vüsal Məsimov, Murad Musayev, Rufət Əhmədov, Asif Məmmədov, Kamal Mirzəyev, Məqsəd İsayev, Rövlan Muradov, Ehtiram Şahverdiyev, Ülvi İsgəndərov.

İlk yarıda meydan sahibləri iki qol vurub. Görüşün fasiləsində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Nemət Şıxəmirov, Mehrac Baxşalı, Rauf Rüstəmli, Gülağa Əsədov, Hüseyn Mürsəlov komanda yoldaşlarını əvəzləyiblər. Fasilədən sonra görüşdə daha bir qol vurulub. 3-cü dəfə fərqlənən paytaxt təmsilçisi fərqi artırıb. Beləliklə, “Qəbələ” ilk yoxlama oyununda 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Qəbələ” iyulun 21-də “Səbail”lə yoxlama oyunu keçirəcək.