«Qəbələ» «İnter»i də əliboş yola saldı
Oyun icmalı / 24 Mart 2012 | 16:25422
«Qəbələ» «İnter»i də əliboş yola saldı

“Qəbələ” – “İnter”  2:1

24 mart 2012. Saat 15:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Zeynal Zeynalov
Dördüncu hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov 
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Xəyal Mustafayev, 15 (badalaq); 88 (rəqibi əllə tutduğuna görə); Valeri Abramidze, 30 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 80 (rəqibi əllə tutduğuna görə)
Qırmızı vərəqə: Xəyal Mustafayev, 88 (rəqibi əllə tutduğuna görə)
Qollar: Yannik Kamanan, 60; Deon Burton, 83 // Nizami Hacıyev, 76
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Unibank Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ” mərkəzi stadionda “İnter”i qəbul etdi. 17-ci dəfə qarşı-qarşıya gələn komandaların öncəki oyunlarının statistikası paytaxt təmsilçisinin xeyrinə olsa da, son oyunlarda doğma meydançada uğurlu nəticələr qazanan “Qəbələ”ni bu matçda favorit hesab etmək olardı.
Matç gözlənildiyi kimi Fatih Kavlakın yetirmələrinin üstünlüyü ilə başladı. İlk dəqiqələrdən müdafiəyə diqqət ayıran qonaqlar isə “Qəbələ”nin sürətli hücumlarının qarşısını əsasən qayda pozuntuları ilə alırdılar. Məhz bu səbəbdən də “İnter”in qapıçısı Georgi Lomaya ilk yarı ərzində cərimə zərbələrindən birbaşa qapıya göndərilən 4 zərbəni zərərsizləşdirməklə diqqət mərkəzinə düşdü. Mahir Şükürov, Aleksandr Çertoqanov və Yannik Kamananın zərbələri təhlükəli alınsa da, kiper topa keçid vermədi. 
İkinci hissənin əvvəlləri  bərabər mübarizə şəraitində keçsə də, dəqiqələr irəlilədikcə “Qəbələ” yenidən üstünlüyə yiyələndi. 55-ci dəqiqədə Rövşən Əmiraslanovdan ötürmə alan Kamanan topu çərçivəyə göndərsə də, qapıçı yerində idi. 60-cı dəqiqədə isə Kamanan hesabı açmağı bacardı.  Sol cinahdan uzun reyd edən Dododan ideal ötürmə alan Yannik bu dəfə Lomaya səddini keçdi -1:0.  Qoldan sonra hücumların kəsərini nisbətən azaldan “Qəbələ”  76-cı dəqiqədə qapısında qol gördü. Nizami Hacıyev status-kvonu bərpa etdi – 1:1. Qoldan sonra bütün qüvvəsi ilə hücuma atılan meydan sahibləri çox keçmədiki yenidən hesabda irəli çıxdı. Bu üstünlüyün yaranmasında baş məşqçi Fatih Kavlakın düzgün oyunçu dəyişikliyinin də birbaşa rolu oldu. 81-ci dəqiqədə Rövşən Əmiraslanovu Deon Bartonla əvəzləməklə  hücum xəttini gücləndirən Kavlak cəmi 2 dəqiqə bu addımın bəhrəsini gördü. Lyubo Baraninin ənənəvi aut atışından sonra Lomayanın uzaqlaşdırdığı topu Barton qüvvətli zərbə ilə birbaşa qapıya vurdu – 2:1. Hesabda üstünlüyə yiyələnməsinə baxmayaraq, hücumlarını davam etdirən  “Qəbələ”  88-ci dəqiqədə rəqibi azlıqda qalmağa vadar etdi. Qarşılaşmanın ən yaxşılarından olan Dodo “İnter”in müdafiə xəttini yarsa da, onbun qarşısı kobudluqla alındı və ikinci dəfə sarı vərəqə ilə cəzalandırılan Xəyal Mustafayev meydançadan qovuldu. Bu matçda son yaddaqalan hadisə oldu və “Qəbələ” “Xəzər-Lənkəran” və “Neftçi”nin ardından “İnter”i də Qəbələdən əliboş yola saldı.  
 
 “Qəbələ”

12. Pavels Doroşevs
4. Mahir Şükürov (k)
6. Lyuba Baranin
8. Bruno da Silva
9. Viktor Mendi
(22. Murad Hüseynov, dəq.90)
11. Yannik Kamanan
(21. Elmar Baxşıyev, dəq.90+2)
18. Aleksandr Çertoqanov
19. Rövşən Əmiraslanov
(10. Deon Burton, dəq.81)
20. Stiv Olfers
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario

Ehtiyat oyunçular:

30. Qrem Smit
15. Nodar Məmmədov
24. Tərzin Cahangirov
33. Saşa Yunisoğlu

Baş məşqçi: Fatih Kavlak

  “İnter”

1. Georgi Lomaya
2. Xəyal Mustafayev
4. Valeri Abramidze
8. Nizami Hacıyev
9. Krastovçev Enyo
(28. Baçana Sxadadze, dəq.79)
11. Asif Məmmədov
(6. Samir Zərgərov, dəq.23)
13. Bronislav Çervenka (k)
14. Peter Zlatinov
(25. İbrahima Niasse, dəq.46)
18. İlia Kandelaki
22. Peter Chrappan
30. Danildo Assioli

Ehtiyat oyunçular:
90. Səlahət Ağayev
6. Samir Zərgərov
16. Elnur Abdulov
20. Girts Karlsons
29. Əziz Quliyev

Baş məşqçi: Kaxaber Sxadadze