«Qəbələ» - «İnter» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 21 Aprel 2017 | 18:35350
«Qəbələ» - «İnter» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XXVII turunun təyinatları açıqlanıb. İki gün davam edəcək turun görüşlərinin hakimləri, hakim-inspektorları və AFFA nümayəndələri bəlli olub. “Qəbələ” ilə “İnter” arasındakı matçın təyinatları da müəyyənləşib. Qəbələ şəhər stadionundakı oyunu Rauf Cabbarov idarə edəcək. Ona Nahid Əliyev və Vüsal Qənbərov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ziya Nəsirov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Eldar Qasımov, hakim-inspektoru isə Şahin Cəfərov olacaq.

XXVII tur
24 aprel (bazar ertəsi)
14:30. “Qəbələ” – “İnter”
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vüsal Qənbərov
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu