«Qəbələ» Kamara ilə yollarını ayırdı
Xəbərlər / 7 May 2012 | 12:08437
«Qəbələ» Kamara ilə yollarını ayırdı

“Qəbələ” Futbol Klubu komandanın yarımmüdafiəçisi Abdul Kader Kamara ilə yollarını ayırıb. Xatırladaq ki, Belçika vətəndaşı olan qveneyalı futbolçu 2007-ci ildən "Qəbələ"də top qovurdu. Kamara qırmızı-qara formanı ən çox geyən futbolçulardan idi - yarımmüdafiəçi Premyer Liqada 88 dəfə, ölkə kubokunda isə 8 dəfə "Qəbələ"nin heyətində yer almışdı.

 "Qəbələ" Futbol Klubu Abdul Kader Kamaraya komandada keçirdiyi illərə və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, futbolçu karyerasında yeni-yeni uğurlar arzulayır.