«Qəbələ» «Kəpəz» səddini keçə bilmədi
Xəbərlər / 16 Aprel 2017 | 18:47461
«Qəbələ» «Kəpəz» səddini keçə bilmədi

“Kəpəz” - “Qəbələ” 2:0

16 aprel 2017. Saat 16:00. Gəncə şəhər stadionu, 12500 tamaşaçı  

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vaqif Musayev          

Dördüncü hakim: Rauf Cabbarov 

AFFA nümayəndəsi: Arif Fərəcov  

Hakim-inspektor: Rövşən Əhmədov

Sarı vərəqələr: Dario Federiko, 21 (qeyri-idman hərəkəti); Vüqar Bəybalayev, 80 (hakim qərarına etiraz) // Voislav Stankoviç, 41 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 77 (qeyri-idman hərəkəti)

Qollar: Julien Ebah, 70; Dario Federiko, 90+3

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib. Turun ikinci gününə Gəncədə start verilib. “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşıb. “Qırmızı-qaralar” ötən turun “Qarabağ”la oyunu ilə müqayisədə meydana fərqli heyətlə çıxıb. Baş məşqçi Roman Qriqorçuk ilk “11-lik”də 4 dəyişiklik edib. Bu dəfə Rasim Ramaldanov, Rikardinyo, Rəşad Eyubov və Araz Abdullayev start heyətində yer alıblar. Nika Kvekveskiri, Ruslan Qurbanov, Cavid Hüseynov və Ürfan Abbasov isə ilk “11-lik”dən kənar qalıb.

Qarşılıqlı hücumlarla başlayan matçda ilk təhlükəni “Qəbələ” yaradıb. Sürətli hücum zamanı cərimə meydançasında daxil olan Sergey Zenyovun qapı istiqamətində zərbəsi tirin üstündən keçib. Meydan sahiblərindən Jülien Ebahla Tural Axundovun uzaq zərbələri yaddaqalan olub. Dario Federikonun yaxın məsafədən zərbəsi zamanı isə Dmitri Bezotosnı reaksiya nümayiş etdirib. Araz Abdullayevin cərimə zərbəsindən ötürməsini müdafiəçilər qapıçı meydanından uzaqlaşdırıb. Az sonra isə yarımmüdafiəçinin cərimə meydanı daxilindən göndərdiyi top rəqibə tuş gəlib. Fasilə ərəfəsində isə “Qəbələ” hesabı açmaq üçün ardıcıl 2 imkan qazanıb. Öncə qapıçının kobud səhvindən sonra topa yiyələnən Baqali Dabo çərçivəni nişan ala bilməyib. Son saniyələrdə isə Filip Ozobiç 12 metrdən dirəyin möhkəmliyini yoxlayıb.

İkinci hissəyə “Qəbələ” daha fəal başlasa da, “Kəpəz”in sürətli əks-hücumları daha təhlükəli olub. Gəncə təmsilçisi ardıcıl bir neçə epizodda hesabı açmağa yaxın olsa da, həm qeyri-dəqiqlik, həm də Bezotosnının inamlı oyunu buna imkan verməyib. “Qırmızı-qaralar” isə Ozobiçlə qol imkanı qazanıb. Amma Filipin 7-8 metrdən zərbəsini qapıçı dəf edib. Meydan sahiblərinin əks-hücumları isə bəhrəsini verib. Bir neçə dəfə qol imkanını qaçıran Jülien Ebah fərqlənməyi bacarıb. Qriqorçuk əvəzetmələrlə oyunda dönüş yaratmağa çalışıb. Bu məqsədlə öncə Cavid Hüseynov, ardınca Asif Məmmədov meydana daxil olub. Lakin “Kəpəz”in qapısı önündə real qol vəziyyəti yaratmaq üçün yetərli olmayıb. Ruslan Qurbanovun komanda yoldaşını əvəzləməsindən sonra hücumların kəsəri artıb. Arazın sol cinahdan ötürməsi zamanı Ramaldanovun baş zərbəsindən sonra top tirdən dönüb. Az sonra isə Tellurun ötürməsini Sergey Zenyov qapıya vurub. Lakin rəqib qapıçı yaxın məsafədən zərbəni küncə çıxarıb. Böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar”ı əks-hücumlarla gərginlikdə saxlayan meydan sahibləri uzatma dəqiqələrində fərqi artırıb. Qapıçı ilə təkbətək çıxan Dario Federikonun ilk zərbəsini Bezotosnı dəf etsə də, təkrar toxunuş qolla nəticələnib.

Beləliklə, “Qəbələ” Gəncə səfərindən 0:2 hesablı məğlubiyyətlə dönüb.

 

“Kəpəz”

30. Davud Kərimi

21. Novruz Məmmədov

36. Renan Silva

25. Şəhriyar Əliyev

13. Şəhriyar Rəhimov

5. Kərim Diniyev

(17. Nicat Qurbanov, 77)

18. Tural Axundov (k)

(7. Vüqar Bəybalayev, 68)

19. Orxan Əliyev

77. Serjio Kosta

(15. Azad Kərimov, 82)

10. Dario Federiko

90. Julien Ebah

 

Ehtiyat oyunçular:

88. Tadas Simaitis

80. Tural Rzayev

9. Tural Qürbətov

68. Əli Nuri

 

Baş məşqçi: Şahin Diniyev

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

5. Rasim Ramaldanov

6. Rəşad Sadiqov (k)

(11. Asif Məmmədov, 75)

9. Sergey Zenyov

18. Baqali Dabo

19. Filip Ozobiç

20. Rikardinyo

(10. Ruslan Qurbanov, 77)

32. Rəşad Eyubov

(14. Cavid Hüseynov, 61)

77. Araz Abdullayev

88. Tellur Mütəllimov

 

Ehtiyat oyunçular:

33. David Pietrzkeviç

8. Qismət Alıyev

27. Teo Uiks

34. Ürfan Abbasov

 

Baş məşqçi: Roman Qriqorçuk