«Qəbələ» «Keşlə» ilə qarşılaşacaq
Xəbərlər / 23 Mart 2018 | 14:18241
«Qəbələ» «Keşlə» ilə qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” sabah “Keşlə” ilə üz-üzə gələcək. Qarşılaşma “Bakı” FK-nın təlim-məşq bazasında baş tutacaq. Yoxlama oyunu saat 15:00-da başlayacaq.
Xatırladaq ki, “Qəbələ” martın 21-də “Tufan”la keçirdiyi yoxlama matçında 15:0 hesabı ilə qalib gəlib.