«Qəbələ» liderliyə 3 qolla yüksəldi
Oyun icmalı / 20 Sentyabr 2013 | 14:39486
«Qəbələ» liderliyə 3 qolla yüksəldi

"Qəbələ" - "Rəvan" 3:0

20 sentyabr 2013. Saat 17:00. Qəbələ şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Rahil Ramazanov
Dördüncü hakim:  Tahir Əhmədov
AFFA nümayəndəsi:  Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Sohib Savankulov, 52 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 56 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 65 (qeyri-idman hərəkəti); Kristian Torres, 66 (qeyri-idman hərəkəti) 
Qollar: Daniel Subotiç, 8; Volodimir Levin, 10; Leonardo da Silva, 53 (p.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

Topaz Premyer Liqasının VII turunun açılış oyununda "Qəbələ" doğma meydançada "Rəvan"ı qəbul etdi. 6 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "qırmızı-qaralar"ı rəqiblərindən 1 xal ayırırdı. Və "Rəvan" üzərində qələbə Yuri Syominin komandasını ən az 1 gün liderliyə yüksəldəcəkdi.
Matç "Qəbələ"nin sürətli hücumları ilə başladı. Üstünlüyə yiyələnən meydan sahibləri ilk 10 dəqiqənin tamamına kimi qonaqları 2 dəfə mərkəzə dəvət etdilər. Hesabı matçın 8-ci dəqiqəsində Daniel Subotiç açdı. Viktor Mendinin mükəmməl ötürməsindən sonra Subotiçə sadəcə topa toxunmaq qaldı. "Rəvan" erkən qolun şokundan ayılmamış daha bir dəfə cəzalandırıldı. Leonardo Da Silvanın asmasını Levin başla dəyərləndirdi - 2:0. Hissənin sonuna kimi "Qəbələ" daha bir neçə fərqlənmək imkanı yaxalasa da, bu şanslardan yaralana bilmədi.
İkinci hissəyə də "qırmızı-qaralar" üstün başladı. Bu üstünlük 53-cü dəqiqədə özünü hesabda da göstərdi. Qapıçı ilə üzbə-üz qalan Viktor Mendinin zərbəsi ilk həmlədə zərərsizləşdirilsə də, topa hamıdan tez çatan Leonardo Da Silvanın qarşısı cərimə meydançası daxilində kobudluqla alındı. Epizodun davamında görüşün baş hakimi Rəhim Həsənov tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan zərərçəkmiş qapıçıya şans vermədi - 3:0. Matçın qalan dəqiqələrində Dodo, Afolobi və Subotiç fərqi artırmaq imkanı əldə etsələr də, hesab dəyişmadi və "Qəbələ"cavabsız 3 qolla ən az bir günlük liderliyə yüksəldi. 

“Qəbələ”

25. Dieqo Kosta
3. Nikola Valentiç
5. Sadiq Quliyev
6. Volodimir Levin (k)
8. Nizami Hacıyev 
(36. Elnur Allahverdiyev, dəq.46)
9. Viktor Mendi 
(19. Abdulvahid Afolabi, dəq.61)
10. Luis Paulo Hilario
18. İbrahima Niasse 
31. Daniel Subotiç
42. Leonardo da Silva
(22. Assis Rodriqes, dəq.74)
88. Müşfiq Teymurov

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
11. Yannik Kamanan 
34. Ürfan Abbasov 
84. Dejan Kelhar

Baş məşqçi: Yuri Syomin

“Rəvan”

1. Lukaş Sapela
33. Sohib Savankulov 
21. Novruz Məmmədov
30. Cəmşid Məhərrəmov 
38. İvan Pexa
20. Miloş Adamoviç
40. Mişel Balokoq
17. Ramazan Abbasov (k)
9. Elnur Abdulov 
(25. Ayaz Mehdiyev, dəq.55)
10. Sebastyan Kastro-Tello
(89. Vüsal Qarayev, dəq.75)
14. Xuan Manuel Varea
(23. Kristian Torres, dəq.59)

Ehtiyat oyunçular:

85. Kamal Bayramov
5. Aqil Nəbiyev 
19. Hüseyn Axundov
6. Ceyhun Cavadov
 
Baş məşqçi: Vladislav Qədirov