«Qəbələ» liderliyini qorudu - «Şəfa»da qolsuz heç-heçə
Oyun icmalı / 29 Sentyabr 2013 | 15:29934
«Qəbələ» liderliyini qorudu - «Şəfa»da qolsuz heç-heçə

"Simurq" - "Qəbələ" 0:0

29 sentyabr 2013. Saat 18:00. “Şəfa” stadionu. 600 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Elşən Acalov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr:  Rəşad Eyyubov, 52 (qeyri-idman hərəkəti); Anderson Olivyera, 87 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: İlkin Qırtımov, 36 (köməkçi hakimi təhqir etdiyinə görə)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Premyer Liqanın VIII turu çərçivəsində "Qəbələ" səfərdə "Simurq"la qarşılaşdı. Zaqatala şəhər stadionu təmirə dayandırıldığından matç paytaxtda - "Şəfa" stadionunda baş tutdu.  
Komandalar oyuna ehtiyatlı başladılar.  Məhz bu səbəbdən ilk hissədə tərəflər ciddi qol epizodu ilə yadda qalmadılar.
5-ci dəqiqədə Amitin vuruşu qeyri-dəqiq alındısa, bir qədər sonra Ebesilyonun baxımlı zərbəsi Kapsa səddində ilişdi. 
36-cı dəqiqədə "Simurq" azlıqda qaldı. Knyaz Əmiraslanovun xəbərdarlığından sonra Fariz Yusifovun Qırtımova birbaşa qırmızı vərəqə göstərdi. 
İkinci hissənin əvvəllərindən etibarən tədricən “Qəbələ” təşəbbüsü ələ aldı. Bu mənada Leonardonun sol cinahdakı fəallığı mühüm rol oynadı. 55-ci dəqiqədə “sambaçı” rəqib müdafiəni zərərsizləşdirsə də, qapıçı qola imkan vermədi. Ebesilyonun mükəmməl vuruşunu da Kapsa çərçivəyə buraxmadı. 
Sonrakı epizodda Leonardonun kornerdən asmasından sonra hesab açıla bilərdi. Di gəl ki, nə Kamanan, nə də Mendi başla fərqlənə bildi. 67-ci dəqiqədə Viktorun ara ötürməsiylə irəli şığıyan Dodo Kapsanı keçsə də, boş qapıya zərbəsini son anda müdafiə xətti önlədi. Texnikasını tez-tez işə salan Leonardonun növbəti reydini Kamanan tamamlasa da, zərbə zəif alındı. 76-cı dəqiqədə Ebesilyonun asmaya bənzər vuruşu toru üstdən silkələdi. Az sonra Quluzadənin sağ cinahdan cərimə meydançasına havalandırdığı topa Afolabi baş qoydu ki, yekunda Pavel sayıqlığını nümayiş etdirdi. 
84-cü dəqiqədə Leonardonun kornerdən asmasının dirəkdən dönməsi yaddaqalan son epizod oldu. Beləliklə, “Qəbələ” aktivinə bir xal yazmaqla liderliyini qorudu.

“Simurq”

1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
4. Dilaver Zrnanoviç
5. Anderson Olivyera
7. Ruslan Poladov 
8. Mzee Patrik Osiako
10. Rəşad Eyyubov 
(77. Nicat Qurbanov, dəq.90+1)
15. Stepan Polyak
(30. Raul Kostin, dəq.69)
18. Tural Axundov
22. Salif Ballo 
(16. Məhərrəm Hüseynov, dəq.80)
28. Nenad Kiso 

Ehtiyat oyunçular:

35. Amil Ağacanov
6. Taqim Novruzov
20. İdan Vaytsman
62. Cavad Kazımov

Baş məşqçi: Georgi Çixradze

“Qəbələ”

25. Dieqo Kosta
4. Amid Quluzadə
6. Volodimir Levin (k)
9. Viktor Mendi 
(19. Abdulvahid Afolabi, dəq.75)
10. Luis Paulo Hilario
14. Lorenzo Ebesilio
18. İbrahima Niasse 
31. Daniel Subotiç
(11. Yannik Kamanan, dəq.53)
34. Ürfan Abbasov 
36. Elnur Allahverdiyev 
42. Leonardo da Silva

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
3. Nikola Valentiç
8. Nizami Hacıyev 
84. Dejan Kelhar
88. Müşfiq Teymurov

Baş məşqçi: Yuri Syomin