«Qəbələ» «Ludoqorets»lə qarşılaşdı
Xəbərlər / 22 İyun 2017 | 23:58891
«Qəbələ» «Ludoqorets»lə qarşılaşdı

“Qəbələ” – “Ludoqorets” (Bolqarıstan) – 0:2
(Joao Paulo, 37, Codi Lukoki, 73)
Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” iyunun 7-də start verdiyi 1-ci təlim-məşq toplanışı çərçivəsində son sınağında Bolqarıstan “Ludoqorets”i ilə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo.
Oyunun gedişində Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib. Son 6 mövsümdə Bolqarıstan çempionu titulunu qazanan Razqrad təmsilçisi bu qarşılaşmadan qalib ayrılıb. Hər hissədə 1 qol vuran Bolqarıstan klubu 2:0 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, “Qəbələ” bunadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i və Bolqarıstan MOİK-i (0:2) ilə qarşılaşıb.