«Qəbələ» Mahir Şükürovla yollarını ayırdı
Xəbərlər / 15 May 2012 | 12:56344
«Qəbələ» Mahir Şükürovla yollarını ayırdı

“Qəbələ” Futbol Klubu komandanın müdafiəçisi Mahir Şükürovla yollarını ayırıb. Xatırladaq ki, Şükürov  2011-2012 mövsümünün əvvəlindən "Qəbələ"də top qovurdu. Müdafiəçi mövsüm ərzində 19 oyunda komandanın heyətində yer almışdı.

 "Qəbələ" Futbol Klubu Mahir Şükürova komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, futbolçu karyerasında yeni-yeni uğurlar arzulayır.