«Qəbələ» minimal hesabla məğlub oldu
Oyun icmalı / 30 Mart 2013 | 13:31437
«Qəbələ» minimal hesabla məğlub oldu

"Qarabağ" - "Qəbələ" 1:0

30 mart 2013. Saat 15:00. T.Bəhramov adına Respublika stadionu. azarkeşsiz
Baş hakim:  Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev 
Dördüncü hakim:  Orxan Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Rəşad Abdullayev, 49 (qeyri-idman hərəkəti); Luka Zinko, 67 (qeyri-idman hərəkəti)
Qol: Riçard Almeyda, 39
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

Topaz Premyer Liqasının XXIV turunda "Qəbələ" səfərdə "Qarabağ"la üz-üzə gəldi. Turnir cədvəlinin üst sıralarında qərarlaşmaq baxımından matç hər iki komanda üçün önəm daşıyırdı. 
Oyuna ehtiyatlı başlayan tərəflər ilk dəqiqələri "kəşfiyyat"da keçirdi. Biraz irəli gedib matç boyunca qapılar qarşısında təhlükəli epizodlar baxımından kasadlıq yaşandığını söyləmək olar. Oyunun taleyini həll edən qolun da məhz cərimə zərbəsindən vurulması bu fikri təsdiq edir. Matçın yeganə qolu 39-cu dəqiqədə vuruldu. Riçard Almeyda cərimə zərbəsindən dəqiq zərbə ilə topu tora göndərdi.
İkinci hissə də eyni ssenari ilə davam etdi. Hissə boyunca Rəşad Abdullayevin simasında "Qəbələ" iki dəfə fərqlənmək imkanı yaxalasa da, hesabı dəyişmək mümkün olmadı. Beləliklə, "qırmızı-qaralar" final mərhələsinin ikinci matçından da xalsız ayrıldılar.

“Qarabağ”

1. Fərhad Vəliyev
2. Qara Qarayev
5. Maksim Medvedev
10. Muarem Muarem 
(22. Əfran İsmayılov, dəq.65)
14. Rəşad Sadıqov (k)
15. Emeka Opara 
20. Riçard Almeyda
(7. Namiq Yusifov, dəq.83)
21. Reynaldo Silva
24. Admir Teli 
25. Ansi Aqolli
88. Kristian Torres
(6. Hacı Əhmədov, dəq.86)

Ehtiyat oyunçular:

89. Miro Varvodiç
16. Elnur Abdulov
18. İlqar Qurbanov 
55. Bədavi Hüseynov 

Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”

30. Anar Nəzirov 
4. Amit Quluzadə
(34. Ürfan Abbasov, dəq.69)
5. Luka Zinko 
6. Nikola Valentiç
8. Kristian Pulhak
(16. İfeanyi Emeqara, dəq.76)
9. Viktor Mendi
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
(22. Rodriges Assis, dəq.46)
18. Aleksandr Çertoqanov
26. Daniel Lopes Kruz 
27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
3. Vurğun Hüseynov
15. Omar Kalabane
21. Elmar Baxşıyev

Baş məşqçi: Ramiz Məmmədov