«Qəbələ» mövsümə çempion üzərində qələbə ilə yekun vurdu
Oyun icmalı / 11 May 2012 | 17:15479
«Qəbələ» mövsümə çempion üzərində qələbə ilə yekun vurdu

"Neftçi" - "Qəbələ" 0:1

11 may 2012. Saat 17:30. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1500 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Munis Abdullayev
Dördüncu hakim: Rauf Cabbarov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: İqor Mireski, 49 (qeyri-idman hərəkəti); Ruslan Abışov, 70 (əl ilə oyun) 
Qol: Amil Yunanov, 87
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Unibank Premyer Liqasının 32-ci - sonuncu turunda "Qəbələ" səfərdə "Neftçi" ilə üz-üzə gəldi. "Neftçi" çempiuonluğu təmin etdiyindən, "Qəbələ" isə mükafatçılar sırasına düşmək şansını itirdiyindən matç tərəflər üçün ciddi önəm kəsb etmirdi. Cari mövsümdə bu oyuna qədər 3 dəfə qarşılaşan rəqiblərin duellərində 2 dəfə Fatih Kavlakın yetirmələri qalib gəlmişdisə, bir dəfə də paytaxt təmsilçisi 3 xalı aktivinə yazmışdı. Bu baxımdan "Neftçi" matça prinsipial yanaşırdı. 
Matç tərəflərin diqqətli oyunu və kəşfiyyat xarakterli hücumları ilə start götürdü. İlk təhlükəli vəziyyət qonaqların ayağına yazıldı. Mendi qapıçı ilə üzbəüz qalsa da, topu ram edə bilmədi. Hissənin sonunadək hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmadı.
İkinci hissə də eyni ssenari üzrə davam etdi. Tərəflərin qarşılıqlı hücumları ilə keçən 45 dəqiqədə hesab sona 3 dəqiqə qalmış açıldı. 80-ci dəqiqədə meydançaya daxil olan gənc Amil Yunanov "Qəbələ"ni önə çıxardı. Qolun hazırlanmasında digər gənc futbolçu Ürfan Abbasovun da rolu az olmadı. Məhz onun reydindən və qapıya zərbəsindən sonra qapıçıdan qayıdan top əlverişli mövqedə olan Amili tapdı. Hücumçu da imkanı boşa vermədi. 
Beləliklə, mövsümün komandalar arasındakı 4-cü matçında ardıcıl 3-cü qələbəsini qazanan "Qəbələ" çempionatı  5-ci pillədə bitirməklə tarixinin ən yaxşı nəticəsinə imza atdı. Çempion isə 2011-2012 mövsümündə "Qəbələ"yə ən çox - 9 xal qazandıran komanda kimi klubun tarixinə düşdü.
                
“Neftçi”

30. Saşa Stamenkoviç  
2. Rail Məlikov
3. Denis Silva
5. İqor Mitreski
6. Slavço Georgiyevski
(8. Elşən Abdullayev, dəq.80)
9. Flavio Aleks Valensio
15. Ruslan Abışov
18. Ruslan Əmircanov
19. Mirhüseyn Seyidov
22. Fərid Quliyev
(11. Cavid Hüseynov, dəq. 68)
27. Rəşad Abdullayev

Ehtiyat oyunçular:

1. Rauf Mehdiyev
26. Kərim Diniyev
28. Emin Mehdiyev
29. İlham Allahverdiyev
32. Elvin Yunuszadə

Baş məşqçi: Böyükağa Hacıyev

                 
“Qəbələ”

30. Qrem Smit 
7. Yaşar Abuzərov
(29. Amil Yunanov, dəq.80)
8. Bruno da Silva
9. Viktor Mendi
(38. Seymur Əsədov, dəq.68)
11. Yannik Kamanan
15. Nodar Məmmədov
20. Stiv Olfers
21. Elmar Baxşıyev
33. Saşa Yunisoğlu
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario
(26. Daniel Lopes Kruz, dəq. 75)

Ehtiyat oyunçular:

1. Elnar Kərimov
5. Sergey Sokolov
10. Deon Burton
25. Nuran Qurbanov

Baş məşqçi: Fatih Kavlak