«Qəbələ» mövsümün ilk turuna paytaxtda hazırlaşır – Fotoreportaj
Xəbərlər / 8 Avqust 2017 | 22:49191
«Qəbələ» mövsümün ilk turuna paytaxtda hazırlaşır – Fotoreportaj

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını davam etdirir. “Qırmızı-qaralar” bu həftə start götürəcək Topaz Premyer Liqasına Bakıda hazırlaşır. Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında gerçəkləşdirən “Qəbələ” “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.
Xatırladaq ki, I turun “İnter” – “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.