«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
Xəbərlər / 26 Oktyabr 2016 | 21:51473
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma

Topaz Premyer Liqasının X turunda “Neftçi” ilə üz-üzə gələcək “Qəbələ” tarixində 37-ci dəfə bu rəqiblə qarşılaşacaq. Belə ki, rəqiblər indiyədək 36 dəfə üz-üzə gəlib. Bu matçlarda 11 dəfə qələbə qazanan “qırmızı-qaralar” 11 heç-heçə ilə kifayətlənib və 14 dəfə meydanı məğlub tərk edib. 89 qolun vurulduğu duellərdə bakılılar üstünlüyə malikdir – 46:43. Qəbələ şəhər stadionunda vurulacaq ilk qol bu matçlarda 90-cı olacaq.

Baş tutan 36 matçdan 33-ü Premyer Liqaya təsadüf edib. Hesabında 8 qələbə və 8 heç-heçə olan “Qəbələ” 11 yenilgi alıb. 40 dəfə rəqib qapısına yol tapan komandamız 43 top buraxıb. Kubokdakı hər üç matç isə eyni – 1:1 hesabı ilə nəticələnib. Bu üç heç-heçədən ikisində - bir dəfə final, bir dəfə yarımfinalın cavab oyununda qalib penaltilərlə müəyyənləşib. Hər iki halda bakılılar üstün olub. Lakin ümumi balansda bu seriya nəzərə alınmayıb.

18-ci dəfə “Neftçi” ilə matça ev sahibliyi edəcək “Qəbələ” əvvəlki 17 oyunda 4 dəfə qalib gəlib. 5 heç-heçə edən “qırmızı-qaralar” 8 dəfə məğlub olub. Bu qarşılaşmalarda meydan sahibləri 18, qonaqlar 24 top vurub.

“Qəbələ” – “Neftçi” matçları ilə bağlı məqamlardan biri ilk dövrədəki görüşlə bağlıdır. Komandamızın 8:0 hesablı səfər qələbəsi klubumuzun tarixində ən böyükhesablı çempionat qələbəsi, bakılıların isə Premyer Liqada ən ağır məğlubiyyətidir. Bundan başqa, “qırmızı-qaralar”ın 5 matçlıq seriyaları diqqət çəkir. Belə ki, son beş görüşdə meydanı qolsuz tərk etməyən komandamız məğlub da olmayıb.

 

2006/07. 30.09.2006. Premyer Liqa. Neftçi (Bakı) - Gilan (Qəbələ) - 4:1

2006/07. 03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi (Bakı) - 1:4

2007/08. 26.08.2007. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

2007/08. 02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:3

2008/09. 24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

2008/09. 01.03.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

2009/10. 21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

2009/10. 10.12.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:1

2009/10. 03.04.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

2009/10. 09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:0

2010/11. 15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:2

2010/11. 21.11.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

2011/12. 18.09.2011. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

2011/12. 20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

2011/12. 11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

2011/12. 11.05.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

2012/13. 18.08.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 3:0

2012/13. 03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:1

2012/13. 21.04.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

2012/13. 14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:1

2013/14. 04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

2013/14. 15.12.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

2013/14. 09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

2013/14. 02.05.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

2013/14. 22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3

2014/15. 21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0

2014/15. 29.11.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

2014/15. 15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:3

2014/15. 17.04.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:3

2015/16. 17.10.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

2015/16. 13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

2015/16. 05.03.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

2015/16. 27.04.2016. Azərbaycan kuboku. Neftçi (Bakı) - Qəbələ - 1:1

2015/16. 01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:2

2015/16. 04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi (Bakı) - 1:1, p.3:4

2016/17. 10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8