«Qəbələ» «Neftçi» ilə qarşılaşacaq
Xəbərlər / 1 Oktyabr 2017 | 23:11157
«Qəbələ» «Neftçi» ilə qarşılaşacaq

Topaz Premyer Liqasının VII turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ”nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib. Gəncə təmsilçisi ilə sentyabrın 29-da keçirilən ev oyunundan (0:2) sonra qısa istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını oktyabrın 3-də bərpa edəcək. Məşq prosesinə yığmaların düşərgəsində olan futbolçular qatılmayacaq. “Qəbələ” fasilə dövründə yoxlama oyunu da keçirəcək. Komandamız hazırlıq matçında “Neftçi” ilə üz-üzə gələcək. Görüş oktyabrın 7-də baş tutacaq. Bakıdakı İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.