«Qəbələ» - «Neftçi» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 21 Sentyabr 2017 | 20:38381
«Qəbələ» - «Neftçi» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında VI turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Qəbələ şəhər stadionunda “Neftçi” ilə görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Sentyabrın 24-də keçiriləcək oyunu Fariz Yusifov idarə edəcək. Onun köməkçiləri Azər Əsgərov və Elman Musayev olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev idarə edəcək. Matçın AFFA nümayəndəsi Nüvər Xasıyev, hakim-inspektor Murad Məmmədov olacaq.
Xatırladaq ki, sentyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.

 

Topaz Premyer Liqası
VI tur
24 sentyabr (bazar)
18:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Elman Musayev
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu