«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 27 Oktyabr 2016 | 20:52422
«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi 

Topaz Premyer Liqasının X turunun təyinatları açıqlanıb. Oktyabrın 29-da start götürüb, iki gün davam edəcək turun qarşılaşmalarının hakimləri, həmçinin AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. “Qəbələ”nin “Neftçi” ilə ev matçına da təyinat alan rəsmi şəxslər müəyyənləşib. Oktyabrın 29-də keçiriləcək görüşün baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rahil Ramazanov yerinə yetirəcək. Rəvan Həmzəzadə və Rauf Cabbarov Qəbələdə keçiriləcək matça əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Hakimlərin işinə Vüsal Əliyev qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.

Xatırladaq ki, oktyabrın 29-də baş tutacaq “Qəbələ” – “Neftçi” matçı saat 15:00-da başlayacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. 

 

X tur, 29 oktyabr (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov

Dördüncü hakim: Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu