«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 11 Aprel 2018 | 13:23121
«Qəbələ» - «Neftçi» oyununun hakimləri müəyyənləşdi 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. Aprelin 12-də baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olublar. Öz meydanında “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin matçını İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Akif Əmirəli və Yaşar Abbasov olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Vüsal Əliyev, AFFA nümayəndəsi kimi isə Şaiq Həmidov təyinat alıblar.
Xatırladaq ki, “Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/2 final, ilk oyunlar

12 aprel

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu