«Qəbələ»nin 5 futbolçusu Azərbaycan milli komandasında
Xəbərlər / 8 May 2017 | 19:14425
«Qəbələ»nin 5 futbolçusu Azərbaycan milli komandasında

Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 5 futbolçusu yığmaya çağırılan heyətdə yer alıb. Müdafiəçilər Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov, yarımmüdafiəçilər Cavid Hüseynov, Araz Abdullayev və hücumçu Ruslan Qurbanov millinin hazırlıq prosesində iştirak edəcəklər.

Azərbaycan yığması mayın 15-dən 20-dək Bakıda, mayın 20-dən iyunun 3-dək Avstriyada təlim-məşq toplanışında olacaq. DÇ-2018-in seçmə mərhələsinin iyunun 10-da Şimali İrlandiyaya qarşı keçiriləcək oyununun hazırlığını iyunun 3-dən etibarən Bakıda davam etdiriləcək toplanışla yekunlaşacaq.