«Qəbələ»nin 6 futbolçusu beynəlxalq turnirdə
Xəbərlər / 18 Noyabr 2017 | 19:2986
«Qəbələ»nin 6 futbolçusu beynəlxalq turnirdə

“Qəbələ”nin 6 futbolçusu Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Onlar “Mercedes Benz Egey Cup” turnirində qüvvəsini sınayacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yekun heyətində yer alıblar. Noyabrın 19-dan 26-a keçiriləcək yarışda Vüsal Şabanov, Rüfət Əhmədov, Veysəl Rzayev, Kamal Kazımov, Nika Baçaliaşvili və Samir Məhərrəmli millinin formasını geyinəcək.

A qrupunda çıxış edəcək yığmamız noyabrın 20-də Albaniya, ertəsi gün Kosovo, ayın 23-də Türkiyə ilə görüşəcək. Qrup mərhələsində ilk iki yeri tutanlar noyabrın 25-də final və 3-cü yer uğrunda matçda üz-üzə gələcək.