«Qəbələ»nin 6 futbolçusu milli komandalara dəvət aldı
Xəbərlər / 13 Avqust 2012 | 18:46302
«Qəbələ»nin 6 futbolçusu milli komandalara dəvət aldı

“Qəbələ”nin 6 futbolçusu təmsil etdikləri ölkələrin milli komandalarına dəvət alıb. Çərşənbə günü – avqustun 15-i baş tutacaq  yoldaşlıq görüşlərində komandamızın üzvlərindən Vurğun Hüseynov (müdafiəçi), Aleksandr Çertoqanov (yarımmüdafiəçi), Anar Nəzirov (qapıçı) Azərbaycan, Deyan Kelhar (müdafiəçi) Sloveniya, Omar Kalabane (müdafiəçi) Qvineya, Ürfan Abbasov (müdafiəçi) isə Azərbaycan U-21 yığmalarının heyətində forma geymək şansı qazanıb. Xatırladaq ki, 2 gün sonra baş tutacaq görüşlərdə Azərbaycan-Bəhreyn, Sloveniya-Rumıniya, Mərakeş-Qvineya və Azərbaycan U-21 – Estoniya U-21 cütlükləri üz-üzə gələcəklər.