«Qəbələ»nin boksçusu Rusiyada qalib oldu
Boks / 9 Yanvar 2017 | 21:201994
«Qəbələ»nin boksçusu Rusiyada qalib oldu

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib. 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” İdman Klubu da təmsil olunub. Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. 59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.