«Qəbələ»nin düşərgəsində yeni braziliyalı - Fotoreportaj
Xəbərlər / 6 İyul 2012 | 10:20260
«Qəbələ»nin düşərgəsində yeni braziliyalı - Fotoreportaj

Doğma şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin düşərgəsinə yeni braziliyalı təşrif buyurub. Bu Bruno da Silvanın 1 yaş 7 aylıq oğlu Bruno Otavio da Silvadır. Məşqin sonunda 9 nömrəli forması ilə meydançaya çıxan Otavio topla davranışı və rahat hərəkətləri ilə "Qəbələ" kollektivini  özünə heyran qoyub. Otavio bununla braziliyalıların doğuşdan futbolçu olduqları fikrini də bir daha sübüta yetirib.