«Qəbələ»nin əzmkarlığı hollandları sevinməyə qoymadı - Fotoreportaj
Xəbərlər / 2 İyun 2012 | 21:29290
«Qəbələ»nin əzmkarlığı hollandları sevinməyə qoymadı - Fotoreportaj

I Qəbələ Kubokunun 5-8-ci yerlər uğrunda keçirilən "Qəbələ"-"Feyenoord" oyunu meydan sahiblərinin əzmkar qələbəsi ilə yadda qaldı. Hesabda 0:2 hesabilə məğlub duruma düşən "Qəbələ" oyunun ikinci hissəsində vəziyyəti öz xeyrinə dəyişə bildi. Roman Hüseynov və Məhəmməd Hüseynovun qolları ilə hesaba tarazlıq gətirin "Qəbələ" hollandların qələbə sevincini gözündə qoydu. Qalib isə oyunsonrası penaltilərlə müəyyənləşdi. Penaltilər seriyasında daha dəqiq olan komandamız 5:4 hesabilə qalib gəldi və 5 yer uğrunda oynamaq şansı qazandı.