«Qəbələ»nin potensial rəqibi müəyyənləşdi 
Xəbərlər / 14 İyul 2017 | 15:28224
«Qəbələ»nin potensial rəqibi müəyyənləşdi 

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qəbələ”nin potensial rəqibi məlum olub. II təsnifat mərhələsinin “Qəbələ” – “Yagelloniya” (Polşa) cütünün qalibinin növbəti rəqibi “Panatinaikos” klubu olacaq. Yunanıstan təmsilçisi UEFA Avropa Liqasına III təsnifat mərhələsindən başlayacaq. III təsnifat mərhələsinin ilk oyunu iyulun 27-də Yunanıstanda, cavab matçı avqustun 3-də Bakıda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” “Yagelloniya” ilə dünən evdə keçirilən ilk görüşdə 1:1 hesablı sülhə imza atıb. Komandalar arasında cavab oyunu iyulun 20-də keçiriləcək.