«Qəbələ»nin rəqibi müəyyənləşdi
Xəbərlər / 11 Oktyabr 2017 | 16:32321
«Qəbələ»nin rəqibi müəyyənləşdi

“Qəbələ”nin Azərbaycan kubokundakı ilk rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” 1/8 final mərhələsində İmişlinin “Mil-Muğan” klubu ilə qarşılaşacaq. Sonuncular buna 1/16 finalda qələbə qazanmaqla nail olublar. İmişli təmsilçisi “Ağsu” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. 1/16 finaldan azad olan “Qəbələ”nin I divizion təmsilçisi ilə oyunu noyabrın 29-da keçiriləcək. Qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.