«Qəbələ»nin rəqibləri müəyyənləşdi
Xəbərlər / 12 Aprel 2017 | 20:55119
«Qəbələ»nin rəqibləri müəyyənləşdi

Bu gün AFFA-nın inzibati binasında U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarının final mərhələsinin püşkü atılıb. Tədbirdə “Qəbələ” futbol akademiyasının komandalarının AFFA-nın təşkilatçılığı ilə keçirilən liqaların final mərhələsindəki rəqibləri də müəyyənləşib. Mübarizəni davam etdirən 16 ən güclü komanda 1/8  final cütləri təşkil edib. Komandaların növbəti mərhələlərdəki potensial rəqibləri də bəlli olub. Bütün yaş qruplarında təmsil olunan “Qəbələ”nin 6 komandası mükafatlar uğrunda mübarizə aparır. U-12 Liqasında “qırmızı-qaralar”la yanaşı, UGİM də 1/8 finalda qüvvəsini sınayacaq.

 

U-10 Liqası, 1/8 final

“Azəri” TİM – “Qəbələ”

 

U-11 Liqası, 1/8 final

“Muğan” (Salyan) – “Qəbələ”

 

U-12 Liqası,  1/8 final

“Mil-Muğan” – UGİM (Qəbələ)

“Qəbələ” – “Təhsil” RİM (Sumqayıt)

 

U-13 Liqası, 1/8 final

“Qəbələ” – “Naxçıvan”

 

U-14 Liqası, 1/8 final

İOEUGİM (Sumqayıt) – “Qəbələ”