«Qəbələ»nin tarixinə düşmək istəyirəm»
Xəbərlər / 11 Avqust 2012 | 14:27231
«Qəbələ»nin tarixinə düşmək istəyirəm»

Premyer Liqanın 2-ci turunda "Qəbələ" mövsümün ilk ev oyununda paytaxt təmsilçisini minimal hesabla məğlub etdi. Komandaya 3 xalı gətirən yeganə qola "Qəbələ"də ikinci oyununu keçirən Lorival Assis imza atdı. Qısa müddətdə heyətə uyğunlaşan braziliyalı matç sonrası gabalafc.az-a açıqlamasında qol vuracağını öncədən hiss etdiyini deyib: 

"Özümü çox xoşbəxt hiss edirəm. Gərgin və maraqlı oyun keçdi. "İnter"in güclü komanda olduğunu bilirdik. Ona görə də matça ciddi hazırlaşmışdıq. Hazırlığımızın nəticəsini də gördük. Sevinirəm ki, "Qəbələ"də qol hesabımı açdım. Düzün desəm, əvvəlcədən qol vuracağımı hiss etmişdim. "Qəbələ"yə gəlməkdə məqsədim qollarımla komandanın uğurlarında pay sahibi olmaq, gözəl nəticələrlə klubun tarixinə düşməkdir".