«Qəbələ» nümayəndələri UEFA forumunda
Xəbərlər / 21 Mart 2017 | 23:41390
«Qəbələ» nümayəndələri UEFA forumunda

Martın 20-21-də UEFA Gənclər Liqası çərçivəsində məşqçilər forumu keçirilib. 2016-2017-ci illər mövsümünün iştirakçılarının qatıldığı tədbirdə Azərbaycanı “Qəbələ” nümayəndələri təmsil edib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma futbol akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar. UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Marketti iştirakı ilə başlayan tədbirdə İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapellonun müxtəlif mövzularda mühazirələri dinlənilib.