«Qəbələ»-«Panatinaikos» oyununun biletləri satışda
Xəbərlər / 31 İyul 2017 | 12:38906
«Qəbələ»-«Panatinaikos» oyununun biletləri satışda

UEFA Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.

Biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı saat 21:00-da başlayacaq.