«Qəbələ»-«Panatinaikos» oyununun hakimləri müəyyənləşdi  
Xəbərlər / 31 İyul 2017 | 14:05444
«Qəbələ»-«Panatinaikos» oyununun hakimləri müəyyənləşdi  

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək “Qəbələ”nin ev oyununun hakimləri, hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib. Avqustun 3-də Bakıda keçiriləcək matçı İngiltərədən olan hakimlər idarə edəcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Kreyq Pauson olacaq.
Xatırladaq ki, “Qəbələ” – “Panatinaikos” görüşü saat 21:00-da başlayacaq.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn (hər ikisi İngiltərə)
Dördüncü hakim: Kevin Friend (İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 0:1