«Qəbələ» paytaxtda qələbə qazandı, uğursuz seriyaya son qoydu
Oyun icmalı / 9 May 2013 | 14:26852
«Qəbələ» paytaxtda qələbə qazandı, uğursuz seriyaya son qoydu

 “Bakı” – “Qəbələ”   0:1  

09 may 2013. Saat 17:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov 
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Rahil Ramazanov 
Dördüncü hakim: Sərxan İsmayılov 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor:  Gülağa Cabarov
Sarı vərəqələr: Əziz Quliyev,  51 // Luiz Paulo Hilario, 9; Kamal Mirzəyev, 31 ; Kosta Silva, 89 ; Yannik Kamanan, 90+1 
Qol: Rodriges Assis, 65 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


“Bakı”

1. Kamran Ağayev
2. Edemir Rodrigez 
3. Deniss İvanovs
25. Şəhriyar Əliyev
29. Əziz Quliyev
10. Lukas Mario Horvat
88. Cavid Hüseynov
11. Elvin Məmmədov (k)
(17. Mario Rubio, dəq.78)
28. Ferdi Elmas
(8. Junior Vilson, dəq.23)
23. Rauf Əliyev
24. Marius Pena 
(77. Aleksandr Soliç, dəq.60)

Ehtiyat oyunçular

82. Edin Nuredinoski
5. Aqil Nəbiyev
99. Rəhman Hacıyev
18. Mahir Mədətov

Baş məşqçi: Bojidar Bandoviç

“Qəbələ”

25. Dieqo Kosta
6. Nikola Valentiç
10. Luis Paulo Hilario 
(5. Luka Zinko, dəq.90)
14. Mustafa Dabo 
(11. Yannik Kamanan, dəq.69)
15. Omar Kalabane
21. Elmar Baxşıyev (k)
22. Rodriges Assis  
(23. Şəhriyar Xəlilov, dəq.87)
34. Ürfan Abbasov
35. Tərzin Cahangirov
37. Kamal Mirzəyev
84. Dejan Kelhar

Ehtiyat oyunçular:

30. Anar Nəzirov 
8. Kristian Pulhak 
26. Daniel Lopes Kruz 
99. Amil Yunanov

Məşqçi: Luis Antoni Araqon

Luis Araqon: “Bundan öncə keçirdiyimiz oyunlarda da qələbə layiq idik, lakin qalib gələ bilmirdik. Oyunun əvvəlindən sona kimi komandam yaxşı oynadı, daha çox qol vura bilərdik. Oyun öncəsi müdafiə xəttində müəyyən çətinliyimiz var idi. Bu gün heyətdə 21 yaş altı 4 futbolçumuz var idi. Bu həm bizim üçün, həm də Azərbaycan futbolu üçün yaxşı haldır. Qazanılan qələbəyə görə azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm”.

Bojidar Bandoviç: “Çox pis oynadıq, komanda oyunu yox idi. Futbolçular daha çox fərdi oyuna üstünlük verdilər. Rəqib qələbəyə layiq idi. Buna qədər 7 oyunda məğlub olmuşduq, hamısında da mübarizə aparıb uduzmuşduq. Lakin bu gün belə olmadı. Mən oyunçu olsaydım bugünkü oyunumuzla fəxr etməzdim”.