«Qəbələ» paytaxtdan 3 xalla dönür - Video
Xəbərlər / 18 Sentyabr 2017 | 00:11347
«Qəbələ» paytaxtdan 3 xalla dönür - Video

“Səbail” – “Qəbələ” – 1:3

17 sentyabr 2017. Saat 21:00. “Dalğa Arena”, 200 tamaşaçı  

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Knyaz Əmiraslanov         

Dördüncü hakim: Ziya Nəsirov  

AFFA nümayəndəsi: Ramiz Mustafayev  

Hakim-inspektor: Füzuli Nəcəfov  

Sarı vərəqələr: Elton Yaqublu, 32 (qeyri-idman hərəkəti) // Vitali Vernidub, 57 (qeyri-idman hərəkəti); Endi Hallidey, 84 (hakim qərarına etiraz)

Qollar: Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

 

Topaz Premyer Liqasında V tura yekun vurulub. Turun son qarşılaşması “Dalğa Arena”da baş tutub. “Qəbələ” çempionatın debütantı “Səbail”in qonağı olub. “Qırmızı-qaralar” görüşə ötən turla müqayisədə 5 dəyişikliklə başlayıb. Belə ki, Roman Qriqorçuk Elvin Məmmədov, Qismət Alıyev, Baqali Dabo, Ruslan Qurbanov və Endi Hallideyə start heyətində yer verib. Elvin Camalov, Roman Hüseynov, Tellur Mütəllimov, həmçinin zədəlilər Filip Ozobiç, Stiven Jozef-Monroz “11-lik”dən kənarda qalıb. Matç Ürfan Abbasovun “Qəbələ”də 162-ci oyunu olub. Bununla da müdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 

Görüş qarşılıqlı hücumlarla başlayıb. “Qırmızı-qaralar” erkən qol imkanı qazansa da, Baqali Dabo uzun ötürmədən sonra cərimə meydanında əldə etdiyi əlverişli imkanı qola çevirə bilməyib. Komandaların ardıcıl hücumlarına baxmayaraq, qapılar önündə real qol vəziyyətləri o qədər də çox olmayıb. 16-cı dəqiqədə Dion Malonenin 22 metrdən güclü zərbəsi yaddaqalan olsa da, top qapının üstündən keçib. Hissənin son 15 dəqiqəsində oyunun tempi yüksəlib. Təzyiqi artıran “qırmızı-qaralar” bir neçə dəfə fərqlənməyə yaxın olub. Öncə Malone toru silkələsə də, oyundankənar vəziyyət qeydə alınıb. Ardınca Ruslan Qurbanovun yaxın məsafədən zərbələri əvvəlcə qapıçı, sonra müdafiəçidən dönüb. Komandamız bu təzyiqin bəhrəsini 42-ci dəqiqədə görüb. Əsasən hücumun sol cinahında dəfələrlə rəqiblərdən sıyrılmağa cəhd edən Dabo bu dəfə müdafiəçilərin əhatəsindən yaxın küncü dəqiq nişan alıb – 1:0. Bu, Baqalinin “Qəbələ”də 12-ci qolu olub.

İkinci hissəyə daha fəal başlayan “qırmızı-qaralar” ardıcıl hücumlar təşkil edib. Bir neçə təhlükəli vəziyyət yaradan komandamızın ifasında cərimə zərbəsi yaddaqalan olub. Qismət Alıyevin 18 metrdən qapıya göndərdiyi topu rəqib qolkiper qaytara bilib. Meydan sahiblərinin cavabı isə qolla nəticələnib. Bakılılar cərimə zərbəsindən sonra Vüqar Nadirovun qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Buraxılan qoldan sonra hücumların kəsərini artıran “Qəbələ” tezliklə yenidən hesabda önə keçib. Meydana yeni daxil olan Asif Məmmədov sol cinahdan hava ötürməsini baş zərbəsi ilə yaxın küncə göndərib – 2:1. Bu topdan sonra da bir müddət oyuna nəzarət edən “qırmızı-qaralar” bir neçə təhlükəli vəziyyət də yaradıb. Dabonun sol cinahla irəliləməsindən sonra cərimə meydanına ötürdüyü topu qapıya göndərən olmayıb. Bundan sonra paytaxt təmsilçisi fəallığı artırıb. Matçın sonlarında Cavid Hüseynov zədə səbəbindən meydan tərk edib. “Səbail” bərabərlik qolu vurmaq üçün daha çox hücum etsə də, istəyinə çata bilməyib. Əvəzində “Qəbələ” oyunun uzatma dəqiqələrində daha bir dəfə fərqlənib. Endi Hallideyin təşkil etdiyi əks-hücum zamanı Asifin ötürməsindən sonra Dabo dublunu rəsmiləşdirib – 3:1. Hücumçunun ilk zərbəsi istənilən kimi alınmasa da, təkrar toxunuşla fərqi iki topa çatdırıb. Beləliklə, “Qəbələ” paytaxt səfərində 3 xalı 3 qolla qazanıb.

 

“Səbail”

1. Emil Balayev

3. Tamazi Tsetsxladze

8. Aqşin Muxtaroğlu

(4. Amit Quluzadə, 61)

10. Nurlan Novruzov

(69. Renan Telles, 67)

11. Elman Taqayev

17. Vüqar Nadirov

(9. Raul Yaqubzadə, 85)

20. Elton Yaqublu (k)

23. Ayron Stati

35. Eqdaras Zarskis

66. Pərviz Qaraxanov

99. Maudo Jarjue

  

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

22. Amirhossein Najafi

5. Seymur Əsədov

13. Murad Musayev

14. Yamin Ağakərimzadə

26. Kamal Qurbanov

77. Təyyar Məmmədov

88. Orxan Qurbanlı

98. Kamran Əliyev

 

Baş məşqçi: Samir Əliyev

 

 “Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

6. Elvin Məmmədov

(11. Asif Məmmədov, 59)

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

(88. Tellur Mütəllimov, 70)

12. Endi Hallidey

14. Cavid Hüseynov (k)

(4. Elvin Camalov, 89)

15. Vitali Vernidub

16. Dion Omar Malone

34. Urfan Abbasov 

  

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

7. Alen Askerov

17. Roman Hüseynov

98. Rövlan Muradov

29. Hacıağa Hacıyev

45. Famussa Kone

70. Ülvi İsgəndərov

 

Baş məşqçi: Roman Qriqorçuk