«Qəbələ» paytaxtdan xalsız dönür - Video
Xəbərlər / 24 Fevral 2018 | 18:37448
«Qəbələ» paytaxtdan xalsız dönür - Video

“Səbail” – “Qəbələ” – 2:1

24 fevral 2018. Saat 16:00. “Bayıl Arena”, 500 tamaşaçı  

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov         

Dördüncü hakim: İnqilab Məmmədov  

AFFA nümayəndəsi: Mübariz Hüseynov  

Hakim-inspektor: Şahin Cəfərov 

Sarı vərəqələr: Eltun Yaqublu, 88 (oyunun bərpasını ləngitdiyinə görə) // Təmkin Xəlilzadə, 31 (hakim qərarına etiraz); Asif Məmmədov, 57 (qeyri-idman  hərəkəti); Hacıağa Hacıyev, 71 (qeyri-idman hərəkəti)

Qollar:  Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.

 

Topaz Premyer Liqasında XVII tura start verilib. Turun açılış oyunu “Bayıl Arena”da keçirilib. “Qəbələ” səfər qarşılaşmasında “Səbail”in qonağı olub. Baş məşqçi Roman Qriqorçuk ötən turun “Zirə”ylə matçı ilə müqayisədə start heyətində üç dəyişiklik edib. Vojislav Stankoviç, Asif Məmmədov və Hacıağa Hacıyev ilk “11-lik”də yer alıb. Cəzalı durumda olan Qismət Alıyevlə Cavid Hüseynov, həmçinin Dion Malone heyətdən kənar qalıb. 

Görüş qarşılıqlı hücumlarla başlasa da, təşəbbüsə yiyələnən “Qəbələ” ilk yarıda daha çox hücum edib. Lakin sıx pressinqdən istifadə edən meydan sahibləri hər hücuma kəskin əks həmlə ilə cavab verib. Oyunun əvvəli qapılar önündə təhlükə yaranmaması ilə diqqət çəkib. “Qırmızı-qaralar”ın qapı istiqamətində ilk zərbəsi 17-ci dəqiqəyə təsadüf edib. Ruslan Qurbanovun sağ cinahdan ötürməsindən sonra Təmkin Xəlilzadənin zərbəsini rəqib qolkiper küncdən çıxarıb. Az sonra Stiven Monrozun soldan qapıya paralel ötürməsini qapayan olmayıb. Ümumiyyətlə ilk yarıda komandamız bir neçə dəfə belə ötürmələrlə rəqib qapısında gərginlik yaradıb. “Səbail” Miya Faruka və Vaxit Orasaxmetovun fəallığı ilə ardıcıl təhlükələr yaradıb. Dmitri Bezotosnı bir neçə dəfə meydan sahiblərinin zərbələrini dəf etsə də, Vitali Vernidubla arasındakı ani anlaşılmazlıq müdafiəçinin avtoqolu ilə nəticələnib. Buraxılan qoldan sonra “Qəbələ” fəallığı artırsa da, oyunun ssenarisi dəyişməyib. Monroz və Filip Ozobiçin təhlükəli zərbələri yaddaqalan olsa da, real qol vəziyyəti yararnmayıb.

Fasilədən sonra Famussa koneni meydana buraxan Roman Qriqorçuk matçın axarını dəyişməyə çalışıb. Lakin yenə qol sevincini meydan sahiblərini yaşayıb. Xəlilzadənin top itirməsindən sonra gerçəkləşən sürətli hücum “Səbail”in fərqi artırması ilə başa çatıb. Ukraynalı mütəxəssis təcrübəli Elvin Məmmədovu da meydana buraxıb. Düzdür, Ozobiç və Kone bir neçə dəfə rəqib qapısını nişan almağa cəhd edib. Amma hesabı dəyişmək yalnız hissənin ortalarında mümkün olub. Qurbanovun qapı önünə hava ötürməsini baş zərbəsi ilə Baqali Dabo tamamlayıb. Çempionatın ən yaxşı bombardiri mövsümdə 11-ci qolunu vurub. Fərq minimuma endikdən sonra “qırmızı-qaralar” fəallığı daha da artırıb. Matçın təxminən son 15-20 dəqiqəsində rəqib qapıya böyük təzyiqlə hücum edən futbolçularımız real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Qapı istiqamətində endirilən zərbələr isə rəqib qolkiperin inamlı çıxışı sayəsində zərərsizləşdirilib.

Beləliklə, 1:2 hesabı ilə uduzan “Qəbələ” paytaxtdan xalsız dönməli olub. Komandamızın çempionatda 6, ümumilikdə 9 matçlıq məğlubiyyətsizlik seriyası “Bayıl Arena”dakı görüşdə qırılıb.

 

“Səbail”

1. Emil Balayev

3. Tamazi Tsetsxladze

4. Rahil Məmmədov

7. Fəhmin Muradbəyli

13. Faruk Miya

(11. Elman Taqayev, 58)

15. Nikoloz Apakidze

20. Eltun Yaqublu (k)

(23. Ayron Stati, 89)

26. Kamal Qurbanov

29. Yevgeni Koçuk

92. Vaxıt Orazsaxedov

(10. Nurlan Novruzov, 77)

99. Maudo Jarjue

 

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

18. Aqşin Qurbanlı

88. Orxan Qurbanlı

98. Kamran Əliyev

 

Baş məşqçi: Samir Əliyev

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

9. Baqali Dabo

10. Ruslan Qurbanov

11. Asif Məmmədov (k)

15. Vitali Vernidub

(45. Famussa Kone, 46)

19. Filip Ozobiç

28. Stiven Monroz

29. Hacıağa Hacıyev

(74. Yusif Nəbiyev, 83)

33. Təmkin Xəlilzadə

(6. Elvin Məmmədov, 60)

34. Urfan Abbasov 

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

16. Omar Malone

18. İlqar Qurbanov

32. Amin Seydiyev

62. Faiq Hacıyev

77. Samir Qurbanov

89. Abbas Ağazadə

 

Baş məşqçi: Roman Qriqorçuk