«Qəbələ» paytaxtdan xalsız dönür - Video
Xəbərlər / 28 Oktyabr 2017 | 19:52401
«Qəbələ» paytaxtdan xalsız dönür - Video

“Zirə” – “Qəbələ” – 2:1

28 oktyabr 2017. Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 1150 tamaşaçı  

Baş hakim: Fariz Yusifov 

Baş hakimin köməkçiləri: Azər Əsgərov, Mübariz Haşımov         

Dördüncü hakim: Əliyar Ağayev  

AFFA nümayəndəsi: Seymur Səlimli   

Hakim-inspektor: Vüsal Əliyev   

Sarı vərəqələr: Milan Duriç, 43 (qeyri-idman hərəkəti); Kamal Bayramov, 44 (qeyri-idman hərəkəti); Riçard Qadze, 63 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 72 (qeyri-idman hərəkəti); Jozef Bum, 79 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 81 (qeyri-idman hərəkəti); Təmkin Xəlilzadə, 90+3 // Urfan Abbasov, 33 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 35 (qeyri-idman hərəkəti); Ekiqo Ehiosun, 51 (hakimi aldatmağa cəhd)

Qırmızı vərəqə: Cavid Hüseynov, 43 (rəqibə bilərəkdən əl ilə zərbə endirdiyinə görə)

Qollar: Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa  Kone, 72

Artırılan vaxt: I hissədə 1 dəq ; II hissədə 4 dəq.

 

Bu gün Topaz Premyer Liqasında X turun növbəti oyunları keçirilib. Turun mərkəzi qarşılaşması Zirədə baş tutub. Liderlər qrupunda qərarlaşan “Qəbələ” və “Zirə” sonuncuların meydanında görüşüb. “Qırmızı-qaralar” ötən turun “Qarabağ”la görüşü ilə müqayisədə start heyətində heç bir dəyişiklik etmədən meydana çıxıblar.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Zirənin eyniadlı təmsilçisi ərazi üstünlüyünə yiyələnib. Lakin meydan sahiblərinin bir neçə epizodd hesabı açmaq imkanlarının qarşısını Dmitri Bezotosnının inamlı çıxışı alıb. Lakin 18-ci dəqiqədə paytaxt klubu istəyinə çatıb. Milan Duriç penaltidən hesabı açıb. Bundan sonra “Qəbələ” böyük qüvvə ilə irəli atılsa da, meydan sahiblərinin sürətli əks hücumları daha təhlükəli olub. Bunun nəticəsində Bezotosnı daha bir neçə dəfə komandanı qoldan xilas edib. Riçard Qadzenin irəliləyib, qapı önünə ötürmə verməsindən sonra qapıçı da aciz qalıb. Bu dəfə Sadio Tounkara fərqlənib – 2:0. İlk yarının sonları meydanda gərginliklə diqqət çəkib. Epizodların birində futbolçular arasında baş verənlər hakimin Cavid Hüseynova qırmızı vərəqə göstərməsi ilə başa çatıb. 

Azlıqda qalan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fasilədə üç dəyişiklik edib. Ruslan Qurbanov, Famoussa Kone və Ekiqo Ehiosunu da meydana buraxan mütəxəssis hücum xəttini gücləndirib. İkinci hissənin əvvəlində komandamız hesabda fərqi azaltmağa yaxın olsa da, hücum kornerlə nəticələnib. Meydan sahiblərinin kəskin hücumu Qadzenin təkbətək çıxmaq imkanı ilə nəticələnib. Lakin müdafiəçilərimiz rəqibin bu imkandan yararlanmasına mane ola bilib. Ancaq meydan sahibləri oyunu bərabərləşdirib və azarkeşlər qısa müddət kəsiyində qarşılıqlı hücumlara şahidlik edib. Bu müddətdə komandamız da fərqlənmək üçün bir neçə qol imkanı qazanıb. Baqali Dabonun zərbəsində dəqiqlik çatmayıbsa, Ekiqonun fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Sonuncunun cərimə meydanında yıxıldığı epizodda isə hakim bunu qayda pozuntusu kimi dəyərləndirməyərək penalti qərarı verməyib. “Qəbələ”nin fəallığı bəhrəsini hissənin ortalarında verib. Famoussa Kone hesabda fərqi azaltmağa müvəffəq olub. Hissənin ikinci yarısında “qırmızı-qaralar” üstünlüyü ələ alıb. Ardıcıl hücumlar quran komanda azlıqda olduğunu hiss etdirməyib. Amma bakılıların müdafiəsi və bir neçə dəfə güclü zərbələri dəf edən qapıçı Kamal Bayramov hesabın dəyişməsinə imkan verməyib.

Beləliklə, “Qəbələ” “Zirə” ilə səfər oyununda 1:2 hesabı ilə məğlub olub.

 

“Zirə”

85. Kamal Bayramov (k)

3. Jozej Bum

4. Vüqar Mustafayev

5. Adil Nağıyev

7. Sadio Tounkara

(17.Vüsal İsgəndərli, 74)

8. Milan Duriç

(11. Viktor İqbekoyi, 53)

9. David Manqa

(13. Aleksandr Şemonayev, 68)

23. Yovan Krneta

28. Təmkin Xəlilzadə

43. Riçard Qadze

87. Müşfiq İlyasov

 

Ehtiyat oyunçular:

 

62. Abdulla Seyidəhmədov

21. Murad Səttarlı

38. İlkin Muradov

39. Sadiq Quliyev

57. Kənan Zülfüqarov

 

Baş məşqçi:  Ayxan Abbasov

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

8. Qismət Alıyev

9. Baqali Dabo

11. Asif Məmmədov

(45. Famussa Kone, 46)

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

(90. Ekiqo Ehiosun, 46)

16. Dion Omar Malone

28. Stiven Monroz

(10. Ruslan Qurbanov, 46)

34. Urfan Abbasov 

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

12. Endi Hallidey

21. Deyv Bultuis

29. Hacıağa Hacıyev

70. Ülvi İsgəndərov

88. Tellur Mütəllimov

 

Baş məşqçi: Roman Qriqorçuk