«Qəbələ» «Qarabağ»a ilin ilk məğlubiyyətini yaşatdı
Xəbərlər / 14 Aprel 2012 | 20:31505
«Qəbələ» «Qarabağ»a ilin ilk məğlubiyyətini yaşatdı

"Qəbələ" - "Qarabağ" 1:0

14 aprel 2012. Saat 16:00. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncu hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Ürfan Abbasov, 39; Qrem Smit, 90+1; // Rəşad Sadıqov, 41; Vaqif Cavadov, 78; Rəşad Sadiqov, 90+3  
Qol: Yannik Kamanan, 70
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Bu mövsüm 6-cı dəfə qarşılaşan komandların ilk duelindən "Qəbələ" qalibiyyətlə ayrılmışdısa, digər 4 görüş heç-heçə ilə yekunlaşmışdı. Bu baxımdan mövsümün iki kollektiv arasındakı son görüşü müəyyən prinsipiallıq daşıyırdı. Çempionatın son iki matçında məğlub olan "Qəbələ" bu matça xüsusi motivasiya ilə çıxmışdı. Çünki bu matçda itiriləcək xallar komandanı hədəflərindən uzaqlaşdıracaqdı.
Qarşılaşma "Qarabağ"ın üstünlüyü ilə başladı. Ard-arda meydan sahiblərinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan qonaqların qol vurmaq istəyi reallaşmadı. Bunda "Qəbələ"nin qapıçısı Qrem Smitin və müdafiə xəttinin diqqətli oyunu rol oynadı.
İkinci hissəyə Arif İsayev - Viktor Mendi dəyişikliyi ilə çıxan "Qəbələ" hücüm xəttində daha fəal oyun nümayiş etdirməyə başladı. Fatih Kavlakın yetirmələri bu aktivliyin nəticəsini 70-ci dəqiqədə gördülər. Yannik Kamanan - Viktor Mendi kombinasıyasını birinci dəqiq zərbə ilə tamamladı - 1:0. Bu matçda yeganə qol oldu və "Qəbələ" mövsümün komandalar arasındakı  1-ci görüşündəki nəticəni təkrarladı.  

                “Qəbələ”

30. Qrem Smit 
3. Vurğun Hüseynov
4. Mahir Şükürov (k)
8. Bruno da Silva
11. Yannik Kamanan
15. Nodar Məmmədov
(21. Elmar Baxşıyev, dəq.76)
17. Arif İsayev
(9. Viktor Mendi, dəq.46)
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
34. Ürfan Abbasov
(26. Daniel Lopes Kruz, dəq.40)
77. Luiz Paulo Hillario

Ehtiyat oyunçular:

1. Elnar Kərimov
5. Sergey Sokolov
10. Deon Burton
22. Murad Hüseynov

Baş məşqçi: Fatih Kavlak

                “Qarabağ”

99. Boyan Pavloviç
5. Maksim Medvedev
(70. Vaqif Cavadov, dəq.77)
6. Rəşad Sadiqov (k)
7. Namiq Yusifov
11. Rauf Əliyev
(9. Bəxtiyar Soltanov, dəq.77)
14. Rəşad Sadıqov
19. Muarem Muarem
22. Əfran İsmayılov
(17. Vüqar Nadirov, dəq.55)
24. Admir Teli
25. Ansi Aqolli
77. Georgi Adamiya

Ehtiyat oyunçular:

1. Fərhad Vəliyev
2. Qara Qarayev
4. Zaur Həşimov
18. İlqar Qurbanov

Baş məşqçi: Qurban Qurbanov