«Qəbələ» «Qarabağ»ı məğlub etdi - Video
Xəbərlər / 22 Oktyabr 2017 | 21:04639
«Qəbələ» «Qarabağ»ı məğlub etdi - Video

“Qəbələ” – “Qarabağ” – 1:0

22 oktyabr 2017. Saat 18:30. Qəbələ şəhər stadionu, 3000 tamaşaçı  

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli         

Dördüncü hakim: Rauf Cabbarov 

AFFA nümayəndəsi: Şaiq Həmidov   

Hakim-inspektor: Əli Hüseynov   

Sarı vərəqələr: Elvin Camalov, 74 (qeyri-idman hərəkəti) // Ansi Aqolli, 16 (qeyri-idman hərəkəti); Yakub Jezniçak, 36 (qeyri-idman hərəkəti); Rəşad Sadıqov, 85 (hakim qərarına etiraz) 

Qol: Asif Məmmədov, 8

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3. dəq.

 

Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında “Qəbələ” “Qarabağ”la üz-üzə gəlib. Ötən mövsüm çempionatı ilk iki pillədə başa vuran komandalar yenə liderlik uğrunda mübarizə aparıb. Bu turadək məğlubiyyət acısı dadmayan “Qarabağ” liderliyini qorumaq, rəqibindən 3 xal geri qalan “Qəbələ” isə zirvəyə yüksəlmək üçün meydana çıxıb. Ötən turun “Sumqayıt”la oyunu ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində 5 dəyişiklik diqqət çəkib. Rasim Ramaldanov, Endi Hallidey, Famussa Kone, Tellur Mütəllimov və Ekiqo Ehiosunu “11-lik”dən kənarda saxlayan baş məşqçi Roman Qriqorçuk Vojislav Stankoviç, Elvin Camalov, Asif Məmmədov, Vitali Vernidubla Stiven Monroza şans verib.

Qarşılaşmaya qonaqlar daha fəal başlayıb. Ağdam təmsilçisi üstünlüyü ələ almağa, “qırmızı-qaralar” isə sürətli əks-hücumlarda istəyinə çatmağa çalışıb. Hesab da məhz belə əks-həmlə zamanı açılıb. Elvin Camalovun topu rəqibdən oğurlamasından sonra Cavid Hüseynovun cərimə meydançasına ötürməsi Asif Məmmədovun dəqiq zərbəsi ilə yekunlaşıb – 1:0. Bu qoldan sonra bir müddət meydanda bərabər mübarizə yaşanıb və azarkeşlər qarşılıqlı hücumlara şahid olub. “Qəbələ”nin hesabı artırmaq şansları daha çox diqqət çəkib. Öncə Ürfan Abbasovun uzaq zərbəsini İbrahim Şehiç dəf edib, Stiven Monrozun təkrar endirdiyi topu da qolkiper zərərsizləşdirib. Bir neçə dəqiqə sonra Asif qapıçı ilə üzbəüz qalsa da, Şehiçi aldatmaq cəhdi alınmayıb. Görüşün ən fəallarından olan Baqali Dabonun sol cinahda bir neçə rəqibini keçdiyi epizodda isə cərimə meydanına ötürməsini qapayan tapılmayıb. İlk yarının ortalarından etibarən son ölkə çempionu yenidən topa nəzarəti ələ keçirib. Lakin Dmitri Bezotosnının qapısı önündə yalnız bir real qol vəziyyəti yaranıb. Sol cinahdan ötürmədən sonra Ramil Şeydayevin yaxın məsafədən zərbəsini qapıçımız dəf etməyi bacarıb.

İkinci hissə “Qarabağ”ın üstünlüyü şəraitində keçib. Məğlubiyyətdən qaçmağa çalışan qonaqlar böyük qüvvə ilə irəli atılıb. Bu da “Qəbələ” üçün kəskin əks-hücum imkanları açıb. Komandamız fasilədən sonra bir neçə dəfə bundan yararlanmaq şansı əldə edib. Amma Dion Malone və Asif Məmmədov fərqi artırmaq şansını qaçırıb. Ağdam klubu isə inamla çıxış edən müdafiə xəttini yarmaqda çətinlik çəkib. Liderin baş məşqçisi Qurban Qurbanovun əvəzetmələrlə hücum xəttini gücləndirməsi də qonaqların işinə yaramayıb. Bezotosnı isə ikinci yarıda da bir neçə “seyv”lə diqqət çəkib. Qriqorçuk isə öncə Famoussa Koneni meydana buraxmaqla əks-hücumların kəsərini artırmağa, ardınca Rasim Ramaldovun oyuna daxil olması ilə müdafiə səddini gücləndirməyə çalışıb.

Beləliklə, “Qəbələ” çempionatın liderini 1:0 hesabı ilə məğlub edib və xallarına görə “Qarabağ”a çatıb. “Qırmızı-qaralar” yalnız top fərqinə görə 2-ci pillədə qərarlaşıb.

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

8. Qismət Alıyev

9. Baqali Dabo

11. Asif Məmmədov

(5. Rasim Ramaldanov, 90+2)

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

16. Dion Omar Malone

28. Stiven Monroz

(45. Famussa Kone, 68)

34. Urfan Abbasov 

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

6. Elvin Məmmədov

7. Alen Askerov

10. Ruslan Qurbanov

12. Endi Hallidey

29. Hacıağa Hacıyev

70. Ülvi İsgəndərov

88. Tellur Mütəllimov

90. Ekiqo Ehiosun

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Qarabağ”

13. İbrahim Şehiç

2. Qara Qarayev 

7. Rahid Əmirquliyev

(8. Markos Madera, 55) 

14. Rəşad Sadıqov (k)

20. Riçard Almeyda

22. Əfran İsmayılov

25. Ansi Aqolli

32. Elvin Yunuszadə

52. Yakub Jezniçak

(11. Mahir Mədətov, 68)

77. Donald Qerye

90. Ramil Şeydayev

(9. Dino Ndlovu, 71)

 

Ehtiyat oyunçular:

 

1. Anton Kanibolotski

12. Şahruddin Məhəmmədəliyev

10. Pedro Enrike

21. Arif Daşdəmirov

30. Abbas Hüseynov

70. Nicat Süleymanov

88. Elşən Abdullayev

99. Dani Kintana

 

Baş məşqçi: Qurban Qurbanov