«Qəbələ» «Qarabağ»la oyunun hazırlığına start verdi
Xəbərlər / 6 Fevral 2018 | 22:30298
«Qəbələ» «Qarabağ»la oyunun hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının XV turunun hazırlıqlarına start verib. Türkiyə toplanışının ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Bakıda bir araya gəlib. Mövsümün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verəcək komandamız oyunun hazırlıqlarını paytaxtda davam etdirir. Günün ikinci yarısında baş tutan bugünkü məşq prosesində futbolçular öncə fiziki hazırlıq keçib. Ardınca meydanda məşq edən komanda toplu çalışmaları icra edib.
Xatırladaq ki, Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Qəbələ” oyunu fevralın 10-da Bakıdakı “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.