«Qəbələ» - «Qarabağ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 17 Fevral 2017 | 23:28304
«Qəbələ» - «Qarabağ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XIX turunun təyinatları açıqlanıb. Fevralın 18-də və 19-da keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Turun son matçında “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Fariz Yusifov idarə edəcək. Sabiq FİFA referisinin köməkçiləri Elman Musayev və Azər Əsgərov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Əli Hüseynov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Elbrus Abbasov olacaq. 
Xatırladaq ki, fevralın 19-da baş tutacaq “Qəbələ” - “Qarabağ” matçı saat 17:30-da başlayacaq. 

Topaz Premyer Liqası
XIX tur
19 fevral (bazar)
17:30. “Qəbələ” – “Qarabağ”
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu