«Qəbələ» – «Qarabağ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 20 Oktyabr 2017 | 11:10370
«Qəbələ» – «Qarabağ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında IX turun təyinatları açıqlanıb. Bu gün start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la ev oyununun təyinatları da bəlli olub. Oktyabrın 22-də keçiriləcək oyunu Ömər Paşayev idarə edəcək. Qəbələ şəhər stadionundakı matçda onun köməkçiləri Namiq Hüseynovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə  yetirəcək. Matçın AFFA nümayəndəsi Şaiq Həmidov, hakim-inspektor Əli Hüseynov olacaq.

Xatırladaq ki, oktyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 18:30-da başlayacaq.

 

Topaz Premyer Liqası

IX tur

22 oktyabr (bazar)

18:30. “Qəbələ” – “Qarabağ”

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu