«Qəbələ» «Qarabağ» səddini aşa bilmədi
Oyun icmalı / 17 Oktyabr 2014 | 16:59961
«Qəbələ» «Qarabağ» səddini aşa bilmədi

“Qarabağ” 2–0 “Qəbələ”
17 oktyabr 2014. Saat 19:30. Tofiq Bəhramov adına Respublika stadionu, 1000 tamaşaçı  
Baş hakim: Rəhim Həsənov   
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Nahid Əliyev    
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov  
Hakim-inspektor:  Məhəmməd Məmmədov
Sarı vərəqələr: Rəşad Sadıqov, 17 (Qeyri idman hərəkəti); Admir Teli, 36 (Qeyri idman hərəkəti); Riçard Almeyda, 54 (Qeyri idman hərəkəti); Vüqar Nadirov, 87 (Qeyri idman hərəkəti) // Elvin Camalov, 30 (Qeyri idman hərəkəti); Aleksandru Benqa, 52 (Qeyri idman hərəkəti); Vidal Kunya Markus,82 (Qeyri idman hərəkəti); Müşfiq Teymurov, 88 (Qeyri idman hərəkəti); Adrian Ropotan, 90+3 (Qeyri idman hərəkəti)
Qollar: Vüqar Nadirov, 45+2; Reynaldo Silva, 89-p. 
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında VIII tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçını səfərdə keçirən “Qəbələ” “Qarabağ”ın qonağı olub. Son iki oyununda heç-heçə edən “qırmızı-qaralar” ölkə çempionu ilə matçda “Qarabağ” sindromunu qırmağa çalışıb. Ötən mövsüm çempionatda rəqibinə qalib gəlməyən “Qəbələ” səfərdə uğurlu nəticə üçün meydana çıxıb. Dorinel Muntyanunun komandanın baş məşqçisi postunda yubiley – 10-cu oyununa heyətdə müəyyən dəyişikliklərlə başlayıb. Zədədən sonra sıraya qayıdan Dodo yenidən ilk “11-lik”də yer alıbsa, zədəlilər – Ruslan Abışovla Ruslan Əmircanov bu qarşılaşmada komandaya kömək edə bilməyib.
Görüş gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Ağdamlılar Cavid Tağıyevin əlverişli mövqeyə çıxdığı epizodda hesabı açmağa çox yaxın olub. “Qarabağ”ın start təzyiqinin qarşısını inamla alan “Qəbələ” oyunda tarazlıq yarada bilib. Lakin Ürfan Abbasovun zədələnməsi komandanın planlarını pozub. Aldığı xəsarətə görə meydanı tərk edən futbolçunu daha gənc Müşfiq Teymurov əvəzləyib. “Qəbələ” ilk yarıda iki dəfə qola yaxın olsa da, fərqlənə bilməyib. Viktor Mendinin zərbəsi qapı tirindən dönüb. Az sonra isə Cavid Hüseynov cərimə meydanında yıxılsa da, hakim qayda pozuntusu qeyd almayıb. İlk yarıda rəqiblər bərabər oyun göstərsə də, fasilə ərəfəsində hesab açılıb. Müdafiədəki boşluqdan yararlanan Vüqar Nadirov cərimə meydanının kənarından qapıya dəqiq zərbə vurub – 1:0.
Fasilədən sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışıb. Muntyanunun əvəzetmələri də bu baxımdan hücumların kəsərini artırmağa xidmət edib. Qarşılıqlı hücumlarla keçən 45 dəqiqədə qonaqlar qol vurmağa yaxın olub. Lakin Mendinin əldə etdiyi imkanlar qolla nəticələnməyib. Əvəzində meydan sahibləri ikinci qolu vurub. Qarşılaşmanın sonlarında Teymurovun rəqibə qarşı kobudluq etdiyinə qərar verən hakim penalti təyin edib. Reynaldonun qolla nəticələnən ilk zərbəsini ləğv edən referi penaltinin təkrarlanmasını lazım bilib. İkinci cəhddə də eyni küncü nişan alan braziliyalı matçda son nöqtəni qoyub.
Beləliklə, hesabında 3 qələbə və 2 heç-heçə olan “Qəbələ” 3-cü məğlubiyyətini alıb.

“Qarabağ”
13. İbrahim Şehiç 
5. Maksim Medvedev
6. Hacı Əhmədov
(2. Qara Qarayev, 46)
10. Muarem Muarem
14. Rəşad Sadıqov (k)
17. Vüqar Nadirov
20. Riçard Almeyda
(8. İnnosent Emeqara, 67)
24. Admir Teli
25. Ansi Aqolli
41. Leroy Corc
(9. Reynaldo Silva, 56)
77. Cavid Tağıyev
Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
18. İlqar Qurbanov
55. Bədavi Hüseynov
99. Namiq Ələsgərov 
 Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
9. Viktor Mendi
10. Dodo
(21. Yazalde de Pinto, 82 )
12. Aleksandru Benqa
(8. Vidal Kunya Markus, 60)
14. Cavid Hüseynov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
26. Pavol Farkaş
34. Ürfan Abbasov
(88. Müşfiq Teymurov, 13)
44. Rafael Santos
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
11. Andrei Kristea
5. Sadiq Quliyev
90. Ekiqo Ehiosun  
Baş məşqçi: Dorinel Munteanu