«Qəbələ» «Qəbələ-2» ilə qarşılaşdı
Xəbərlər / 30 Avqust 2021 | 20:38339
«Qəbələ» «Qəbələ-2» ilə qarşılaşdı

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir. “Qırmızı-qaralar” məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Elmar Baxşıyevin yetirmələri bu gün yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Məhsuldar keçən qarşılaşmada 5 qol vurulub. “Qəbələ” ikinci komanda üzərində 4:1 hesablı qələbə qazanıb.