«Qəbələ» qələbə hesabını qoruya bilmədi
Oyun icmalı / 22 Aprel 2012 | 21:00728
«Qəbələ» qələbə hesabını qoruya bilmədi

"İnter" - "Qəbələ" 2:1

Unibank Premyer Liqasının 29-cu turunda "Qəbələ" səfərdə paytaxt təmsilçisi "İnter"lə üz-üzə gəldi. Matç tərəflərin mükafatçılar sırasına düşməsi baxımından vacib rol oynayırdı. 

Qarşılaşma "Qəbələ"nin sürətli hücumları ilə başladı. "İnter"i meydançanın rəqibə aid hissəsinə sıxışdıran qonaqlar bankirlərin müdafiə xətiini səhvlərə məcbur etməklə uğur qazanmağa çalışırdı. Çox keçmədiki Fatih Kavlakın yetirmələri bu təzyiqin məntiqi nəticəsini aldılar. Cərimə zərbəsindən sonra qapıçı Georgi Lomaya əlverişli mövqedə olan Stiv Olfersin zərbəsini dəf etsə də, topa hamıdan tez özünü yetirən Dodo təkrar zərbə ilə hesabı açdı. Qoldan sonra tədricən ozlərinə gəlməyə başlayan meydan sahibləri 25-ci dəqiqədə hesabı bərabərləşdirdilər. Nizami Hacıyev fərqləndi. Qoldan 6 dəqiqə sonra "İnter" 2-ci qolu aktivinə yazdı. Künc zərbəsindən sonra İbrahima Niasse başla topu tora göndərdi. 

İkinci hissədə əsasən müdafiəyə diqqət ayıran "İnter" hesabı qorumağı bacardı. 45 dəqiqənin ən yaddaqalan məqamı "Qəbələ"nin kapitanı Mahir Şükürovun ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq matçı vaxtından əvvəl - 81-ci dəqiqədə bitirməsi oldu. 

Fatih Kavlak: “İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə daha aqressiv oyun nümayiş etdirərək rəqibi sıxmağa başladıq.  Rəqibi öz qapısına sıxsaq da, təəssüf ki, qol imkanlarından yararlana bilmədik. “Bakı” ilə oyuna yaxşı hazırlaşmalıyıq. Mən bu komandaya baş məşqçi təyin olunandan demişəm ki, hakimliklə bağlı danışmıram. Belə məsələlərə Hakimlər Komitəsi baxmalıdır, mən öz komandama cavabdehəm”.

Kaxaber Sxadadze: “Çox güclü komanda ilə oyunda qələbə qazanıb, vacib üç xal qazandıq. Mövsümün axırı olmasına baxmayaraq, “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır. Oyunun əvvəlində yaxşı təsir bağışlamadıq. Ancaq qol vurduqdan sonra komandam tədricən öz oyununu göstərməyə başladı. Bir az da diqqətli olsaydıq, hesabı artıra bilərdik. Çünki rəqib məğlub olanda çox boşluqlar buraxır. Biz çalışacağıq ki, mövsümün sonuna kimi bütün oyunlarda maksimum nəticə göstərək”.


22 aprel 2012. Saat 18:30. “Şəfa”stadionu. 1000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Elman Musayev, Mübariz Haşımov
Dördüncu hakim: Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: İlia Kandelaki, 57 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 79 (qeyri-idman hərəkəti) // Mahir Şükürov, 57 (qeyri-idman hərəkəti); 81 (simulyasiya) 
Qırmızı vərəqə: Mahir Şükürov, 81 (simulyasiya)
Qollar: Nizami Hacıyev, 25;  İbrahima Niasse, 31 // Luiz Paulo Hillario, 8
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“İnter”

1.Georgi Lomaya
4. Valeri Abramidze
8. Nizami Hacıyev
(6. Samir Zərgərov, dəq.64)
11. Asif Məmmədov
(28. Baçana Sxadadze, dəq.90+2)
14. Peter Zlatinov
(13. Bronislav Çervenka, dəq.87)
15. Vladimir Levin (k)
18. Ilia Kandalaki
20. Girts Karlsons
21. Arif Daşdəmirov
22. Peter Chrappan
25. İbrahima Niasse

Ehtiyat oyunçular:

90. Səlahət Ağayev
2. Xəyal Mustafayev
24. Fuad Bayramov
30. Danildo Assioli

Baş məşqçi: Kaxaber Sxadadze

“Qəbələ”

30. Qrem Smit 
3. Vurğun Hüseynov
4. Mahir Şükürov (k)
8. Bruno da Silva
10. Deon Burton
(9. Viktor Mendi, dəq.46) 
11. Yannik Kamanan
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
21. Elmar Baxşıyev
(22. Murad Hüseynov, dəq.85)
26. Daniel Lopes Kruz
(15. Nodar Məmmədov, dəq.88)
77. Luiz Paulo Hillario

Ehtiyat oyunçular:

1. Elnar Kərimov
7. Yaşar Abuzərov
16. Abdulakader Kamara
33. Saşa Yunisoğlu

Baş məşqçi: Fatih Kavlak