“Qəbələ” qələbəni son dəqiqədə əldən verdi
Oyun icmalı / 14 Mart 2012 | 15:14684
“Qəbələ” qələbəni son dəqiqədə əldən verdi

“Qəbələ” – “Qarabağ” 2:2

14 mart 2012. Saat 14:00. Qəbələ şəhər Böyük Əmili qəsəbə stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Vaqif Musayev
Dördüncu hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Qara Qarayev, 35 
Qollar: Viktor Mendi, 41; Luiz Paulo Hillario, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90
Artırılan vaxt: I hissədə -  yoxdur; II hissədə - 2 dəq.

Azərbaycan Kubokunun ¼ final mərhələsində “Qəbələ” doğma meydançada “Qarabağ”ı qəbul etdi.  Hər iki tərəf kubokda çempionluğa iddialı olduğundan matçın gərgin keçəcəyi gözlənilən idi. Biraz irəli gedib matçın gözlənildiyi kimi maraqlı və baxımlı alındığını söyləmək olar. 

Matç qonaqların üstünlüyü ilə start götürdü. Hər zamankı kimi qısa ötürmələrə üstünlük verən “Qarabağ” 3-cü dəqiqədə Vaqif Cavadovun qüvvətli zərbəsindən sonra hesabı aça bilərdi. Amma onun sevinməsinə qapı tiri imkan vermədi. Qarşılaşmanın ilk 20 dəqiqəsində əsasən hücumları meydançanın özünə aid hissəsində qəbul edən “Qəbələ” isə ara –sıra hücumlarla qarşı tərəfi narahat edirdi. Vaxt ötdükcə oyundakı tarazlığı bərpa edən “Qəbələ” 41-ci dəqiqədə hesabı açdı. Aleksandr Çertoqanovdan gözəl ötürmə alan Mendi topu ustalıqla ram etdi və Boyan Pavloviçin başı üzərindən çərçivəyə göndərdi – 1:0. Bu qolla 9 oyundur qapısında gol görməyən Boyanın quru seriyası da sona çatdı.

Fasiləyə üstün yollanan “Qəbələ” ikinci hissənin startında qapısında qol gördü. 46-cı dəqiqədə Bruno da Silvanın cərimə meydançasının yaxınlığında topu itirməsi Vaqif Cavadovun  hesabı bərabərləşdirməsi ilə nəticələndi – 1:1. Bu qoldan sonra “Qəbələ” yenidən hücuma atıldı. “Qarabağ”ın müdafiəsini təzyiq altında saxlayan  hücum xətti 59-cu dəqiqədə künc zərbəsindən sonra önə çıxmaq imkanı yaxalasa da, Bruno da Silvanın zərbəsini kiper zərərsizləşdirdi. 65-ci dəqiqədə isə meydan sahibləri istəklərinə nail oldular. Çertoqanov-Dodo kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamladı: 2:1. Bu dəqiqələrdən sonra topa nəzarəti əldən verməyən Fatih Kavlakın yetirmələri 90-cı dəqiqəyə hesabda üstün girsələr də, son dəqiqənin tamamında ağdamlılar bərabərlik qolunu vurmağa müəssər oldular. Muarem Muarem fərqləndi və matçın nəticəsini müəyyənləşdirdi – 2:2. 

¼ final mərhələsinin cavab görüşləri martın 28-də baş tutacaq.

                
“Qəbələ”

12. Pavels Doroşevs
4. Mahir Şükürov (k)
6. Lyuba Baranin
8. Bruno da Silva
9. Viktor Mendi
10. Deon Burton
11. Yannik Kamanan
(19. Rövşən Əmircanov, dəq.90)
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario

Ehtiyat oyunçular:

30. Qrem Smit
15. Nodar Məmmədov
21. Elmar Baxşıyev
22. Murad Hüseynov
24. Tərzin Cahangirov
33. Saşa Yunisoğlu

Baş məşqçi: Fatih Kavlak 

“Qarabağ”

99. Boyan Pavloviç
2. Qara Qarayev
5. Maksim Medvedev
6. Rəşad Sadiqov (k)
(19. Muarem Muarem, dəq.76) 
7. Namiq Yusifov
11. Rauf Əliyev
14. Rəşad Sadıqov
22. Əfran İsmayılov
(17. Vüqar Nadirov, dəq.67)
24. Admir Teli
25. Ansi Aqolli
70. Vaqif Cavadov
(77. Georgi Adamiya, dəq.90)

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
4. Zaur Həşimov
9. Bəxtiyar Soltanov
18. İlqar Qurbanov

Baş məşqçi: Qurban Qurbanov