«Qəbələ» «Rəvan»la matçın hazırlıqlarına start verir
Xəbərlər / 23 Fevral 2012 | 20:00593
«Qəbələ» «Rəvan»la matçın hazırlıqlarına start verir

“Xəzər Lənkəran”la qarşılaşmadan sonra 3 günlük istirahətə buraxılan komandamız sabah Unibank Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Rəvan”-“Qəbələ” matçının hazırlıqlarına start verəcək. İstirahət müddətində Türkiyədə olan baş məşqçi Fatih Kavlakın  başçılığı ilə reallaşacaq məşq prosesində müalicəsi davam edən Vurğun Hüseynov və milli komandanın düşərgəsində olan Mahir Şükürovla Aleksandr Çertoqanov iştirak etməyəcək.