«Qəbələ» – «Səbail» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Dekabr 2017 | 18:07282
«Qəbələ» – «Səbail» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. Dekabrın 10-11-də baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, həmçinin hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Səbail”lə ayın 11-də keçiriləcək ev oyununu Rəvan Həmzəzadə idarə edəcək. Bu qarşılaşmada onun köməkçiləri Rza Məmmədovla Vüsal Qənbərov olacaq.  Elvin Əsgərov isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Rövşən Əhmədov hakim-inspektor, Eldar Qasımov AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, dekabrın 11-də baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/4 final, ilk oyun

11 dekabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Səbail”

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Vüsal Qənbərov

Dördüncü hakim:  Elvin Əsgərov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor:  Rövşən Əhmədov

Qəbələ şəhər stadionu